Icma.az
close
up
RU
Putin və Tramp arasında telefon danışığı Ukrayna münaqişəsinin nizamlanmasında yeni mərhələ olacaqmı?

Putin və Tramp arasında telefon danışığı Ukrayna münaqişəsinin nizamlanmasında yeni mərhələ olacaqmı?

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moskva, 20 may, AZƏRTAC

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş tutan iki saatlıq telefon danışığını Ukrayna münaqişəsinin siyasi həlli istiqamətində növbəti mühüm addım hesab etmək olar.

AZƏRTAC xəbər verir ki, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilmiş danışıqlar fonunda iki nüvə dövlətinin liderləri gələcək addımlar barədə ümumi anlayışa gəlib və danışıqlar prosesinin yeni mərhələyə keçdiyini təsdiqləyiblər. İstanbul danışıqlarının nəticəsi olaraq “1000-ə 1000” formatında hərbi əsirlərin dəyişdirilməsi, prezidentlər səviyyəsində görüş təşəbbüsü və atəşkəslə bağlı sənədlərin qarşılıqlı təqdim edilməsi barədə razılıq əldə olunub.

Telefon danışığını Soçidəki “Sirius” mərkəzindən aparan Prezident Putin danışıqları “çox məzmunlu və səmimi”, ümumilikdə isə “çox faydalı” adlandırıb. O, xüsusilə 2022-ci ildə dayandırılmış birbaşa Rusiya-Ukrayna təmasının bərpasına verdiyi dəstəyə görə ABŞ Prezidentinə təşəkkürünü bildirib. Qeyd edək ki, iki prezident əvvəllər də birbaşa ünsiyyətdə olublar. Tramp prezidentliyi dövründə Putinlə altı dəfə görüşüb, onlardan yalnız biri, 2018-ci ildə Helsinkidə keçirilən sammit, tamformatlı danışıqlar olub. 2017-ci ildə Hamburqda və 2019-cu ildə Osakada isə daha uzunmüddətli söhbətlər baş tutub.

Moskva Dövlət Universitetinin Politologiya fakültəsinin dosenti Dmitri Martınov budəfəki telefon danışığını “İstanbul-2” görüşünün nəticələrinin təsdiqi və siyasi prosesin növbəti mərhələyə keçidi kimi qiymətləndirib. Onun fikrincə, məhz Donald Trampın iştirakı üç il əvvəl dayandırılmış Rusiya-Ukrayna dialoqunun yenidən başlamasına imkan yaradıb: “Bu danışığın nəticəsini “ehtiyatlı nikbinlik” kimi xarakterizə etmək olar”.

Rusiya Prezidenti bəyan edib ki, onun komandası Ukrayna ilə memorandum layihəsi üzərində işi davam etdirməyə hazırdır. Bu sənəddə atəşkəsin başlayacağı müddət, tərəflər arasında qarşılıqlı fəaliyyətin mexanizmləri və gələcək siyasi tənzimləmə parametrləri əks olunmalıdır. O vurğulayıb ki, davamlı sülh yalnız qarşılıqlı güzəştlər və münaqişənin səbəblərinin aradan qaldırılması yolu ilə mümkündür.

Analitiklərin fikrincə, imzalanacaq memorandum mühüm mərhələ ola bilər. Milli İqtisadiyyat Ali Məktəbinin (MİAM) professoru, “Valday” klubunun proqram direktoru Timofey Bordachovun sözlərinə görə, memorandum sadəcə bəyanat deyil: “Bu, tərəflərin qarşılıqlı razılaşma çərçivəsini, niyyətlərini və gələcək addımlarını əks etdirən sənəddir. Əslində bu sənəd siyasi razılaşma protokoluna çevrilə və yekun tənzimləmənin strukturunu müəyyən edə bilər”.

Digər ekspert Dmitri Martınov əlavə edib ki, əgər memorandum imzalanarsa, bu, 2022-ci ildən bəri aparılan diplomatik işin ilk hüquqi nəticəsi olacaq və növbəti mərhələyə keçid üçün dönüş nöqtəsinə çevriləcək”.

Danışıqlardan bir neçə saat sonra ABŞ Prezidenti Donald Tramp da bəyanatla çıxış edib. O, Putinlə söhbətin “çox yaxşı” keçdiyini deyib və vurğulayıb ki, “Rusiya və Ukrayna atəşkəs və ümumilikdə münaqişənin dayandırılması üzrə danışıqlara dərhal başlayacaqlar”. Onun sözlərinə görə, sülhün şərtləri yalnız qarşılıqlı razılıq əsasında müəyyən edilə bilər. Tramp əlavə edib ki, Rusiya münaqişədən sonra ABŞ ilə ticarət əlaqələrini bərpa etməkdə maraqlıdır.

Tramp Putin ilə telefon danışığı barədə qərarı hələ mayın 17-də “Truth Social” platformasında elan edilmişdi. Ertəsi gün o, Fransa, İtaliya, Almaniya və Ukrayna rəhbərləri ilə məsləhətləşmələr də aparmışdı.

Rusiya və ABŞ liderlərinin yeni dialoqu beynəlxalq KİV-də geniş müzakirələrə səbəb olub. Medianın diqqət mərkəzində tərəflərin mümkün canlı görüşə hazırlıq məsələsi durur. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mayın 19-da belə bir görüşə hazırlığın getdiyini təkzib edib.

Eyni zamanda, Tramp administrasiyası bəyan edib ki, əgər prosesdə real irəliləyiş əldə olunmasa, ABŞ danışıqlardan çəkilə bilər. ABŞ-ın vitse-prezidenti Ceyms Vens jurnalistlərə bildirib ki, bu məsələ ciddi şəkildə nəzərdən keçirilir. Ağ evin mətbuat katibi Kerolin Levitt Trampın həm Kiyevin, həm də Moskvanın mövqeyindən narazı olduğunu vurğulayıb. Paralel olaraq, ABŞ Senatında Trampın müttəfiqləri Rusiya enerji resurslarını və uranını alan ölkələrdən idxala 500 faiz rüsum tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi hazırlayırlar.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Fyodor Voytolovski qeyd edir ki, Moskva ilə Vaşinqton arasında qarşılıqlı əlaqələr təkcə Ukrayna məsələsi ilə məhdudlaşmır. Söhbət qlobal təhlükəsizlik arxitekturası, silahlara nəzarət və nüvə silahlarının yayılmaması məsələlərindən gedir. Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun aparıcı elmi işçisi Pavel Koşkin isə dünənki telefon danışığının mümkün canlı görüş üçün real siqnal olduğunu düşünür.

Liderlərin telefon danışığı fonunda diqqət çəkən başqa bir məqam isə Arktika üzrə əməkdaşlıq perspektividir. Rusiya Federasiyasının Uzaq Şərq və Arktikanın İnkişafı üzrə naziri Aleksey Çekunov mayın 19-da bildirib ki, Rusiya və ABŞ Arktikada karbohidrogenlərin, nadir torpaq metallarının və gübrələrin hasilatı və nəqli sahəsində birgə layihələr həyata keçirə bilərlər.

“Biz və ABŞ Arktika və enerji bazarının iki aparıcı ölkəsiyik. Tərəfdaşlıq üçün obyektiv potensial mövcuddur”, – deyə o vurğulayıb.

ABŞ ilə Ukrayna arasında nadir metallar və təbii sərvətlərlə bağlı imzalanmış müqavilədən sonra Rusiyanın Arktikada əməkdaşlıq təklifi “ipi öz tərəfinə çəkmək” kimi görünür. Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev də iki ölkə arasında dəniz logistikası və sənaye kooperasiyası sahəsində layihələrin bərpasını istisna etməmişdi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri