Icma.az
close
up
RU
PUTİN VƏD VERMİŞDİ, ANCAQ... “Bakı müstəqil istintaq başlada bilər”

PUTİN VƏD VERMİŞDİ, ANCAQ... “Bakı müstəqil istintaq başlada bilər”

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Bakıya göndərdiyi məktubda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işinə xitam verildiyini açıqlayıb.

Politoloq Rasim Musabəyov bildirib ki, bu addım faktiki olaraq 38 sərnişin və ekipaj üzvünün həlak olmasına səbəb olan hərəkət və ya hərəkətsizliyə görə məsul şəxslərin Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilməyəcəyini göstərir.

Politoloq qeyd edib ki, Azərbaycan Prokurorluğu bu halda müstəqil şəkildə istintaqa başlamaq hüququna malikdir. Onun fikrincə, iş materiallarında adı keçən şəxslər barəsində cinayət təqibi aparılması və onların İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi mümkündür.


Musabəyov vurğulayıb ki, Rusiyanın və onun hüquq-mühafizə orqanlarının beynəlxalq reputasiyası, xüsusilə Ukrayna səmasında vurulan Malayziya Hava Yollarına məxsus “Boeing” təyyarəsi ilə bağlı presedent fonunda, Azərbaycanın mümkün hüquqi müraciətləri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilə bilər.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov da bildirib ki, AZAL təyyarəsi ilə bağlı Rusiya istintaq komitəsi tərəfindən cinayət işinə xitam verilməsi çox ciddi suallar doğurur.


Onun sözlərinə görə, Rusiya istintaq komitəsi tərəfindən Azərbaycana AZAL-ın təyyarə qəzasının istintaqı ilə bağlı məktub göndərilib: "Məktubda bizim üçün çox ciddi təəccüb doğuran məqamlar vardı. Əsas məsələ o idi ki, məktubda artıq cinayət işinə xitam verildiyi qeyd olunurdu. Şübhəsiz, belə bir addım bizdə çox ciddi suallar doğurur. Və sözügedən məktuba müvafiq qurum tərəfindən lazımi cavab göndərilib".

Nazir vurğulayıb ki, Azərbaycanın AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı gözləntisi Rusiya tərəfinin öhdəliklərini icra etməsidir.

"Dünən təyyarə faciəsinin ildönümü idi. Faciədə həlak olanların ailələrinə başsağlığı verirəm. Təyyarənin vurulması faktı bir müddət sonra Rusiya tərəfindən etiraf edildi və kompensasiyanın ödəniləcəyi bildirildi. Bu çox vacib açıqlama idi. Bizim gözləntimiz də bu prosesin tam icrasıdır",- o əlavə edib.

Qeyd edək ki, Qazaxıstan tərəfinin yaydığı hesabatdan, Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyindən də görünür ki, Aktauda qəza enişi edən AZAL təyyarəsi hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə, konkret olaraq vurulma nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb.

Təyyarədə ümumilikdə 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42 nəfəri Azərbaycan vətəndaşıdır (37 sərnişin, 5 ekipaj üzvü), 16 nəfəri Rusiya, 6 nəfəri Qazaxıstan, 3 nəfəri isə Qırğızıstan vətəndaşıdır. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Aviaqəza zamanı hava gəmisinin komandiri İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva həyatını itirib.

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da Düşənbədə Prezident İlham Əliyevlə görüşündə təyyarənin vurulduğunu etiraf edib. V.Putin Rusiya tərəfinin bütün müvafiq kompensasiyaları ödəyəcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcəyini vəd edib. Ancaq görünür, bu vədi yerinə yetirmək istəmirlər.  

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Dekabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri