Icma.az
close
up
RU
Putin Zelenski görüşü: real imkanlar və siyasi mesajlar

Putin Zelenski görüşü: real imkanlar və siyasi mesajlar

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü istisna etmədiyini, lakin bu görüşün məqsədəuyğunluğuna şübhə ilə yanaşdığını bildirib. O, görüşün yalnız ABŞ Prezidenti Donald Trampın istəyi ilə baş tuta biləcəyini də vurğulayıb.

Bu açıqlama beynəlxalq gündəmdə ciddi müzakirələrə səbəb olub: Görüş mümkündürmü, əgər baş tutsa hansı nəticələri doğura bilər?

Mövzu barədə Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayevanın sözlərinə görə, əsas səbəb ondan ibarətdir ki, Rusiya rəhbərliyi Zelenskinin müstəqil siyasi fiqur olmadığı qənaətindədir. Kreml hesab edir ki, Ukraynanın bütün strateji qərarları Qərbin, xüsusən də ABŞ-nin təsiri altında formalaşır:

“Bu səbəbdən, birbaşa görüşlərin real nəticə verməsi ehtimalı az görünür. Putin daha çox Qərblə, xüsusilə ABŞ-la aparılan dialoqu əhəmiyyətli hesab edir”.

Politoloq hesab edir ki, görüş məsələsinin ABŞ prezidentinin istəyi ilə şərtləndirilməsi həm siyasi, həm də psixoloji mesajdır. Dediyinə görə, bir tərəfdən Putin göstərmək istəyir ki, Zelenski müstəqil qərar verən lider deyil, yalnız Qərbin diktəsi ilə hərəkət edir. Digər tərəfdən, bu bəyanatla Kreml münaqişənin həllində əsas oyunçunun ABŞ olduğunu açıq şəkildə ortaya qoyur. Bu da Vaşinqtonun rolunu daha da gücləndirir və Avropanın diplomatik səylərini arxa plana keçirir.

Züriyə Qarayeva:  Bu bəyanatla Kreml münaqişənin həllində əsas oyunçunun ABŞ olduğunu açıq şəkildə ortaya qoyur

Müsahibimizə görə, əgər görüş baş tutsaydı belə, qısa müddətdə ciddi nəticələr gözləmək çətin olardı:

“Çünki tərəflərin mövqeləri radikal şəkildə fərqlənir: Rusiya əraziləri nəzarətdə saxlamağa çalışır, Ukrayna isə suverenliyi və ərazi bütövlüyünü bərpa etmək istəyir. Bu fərqli yanaşmalar kompromisi çətinləşdirir. Amma görüşün keçirilməsi diplomatik mühitin yumşalmasına və tərəflər arasında ünsiyyət kanallarının açılmasına töhfə verə bilərdi”.

Z.Qarayeva qeyd edib ki, belə görüş, hər şeydən əvvəl, beynəlxalq ictimaiyyətə müsbət siqnal kimi təqdim olunardı. Bu, münaqişənin diplomatik yolla həllinin mümkünlüyünə ümid yarada bilərdi:

“Lakin əslində güc balansında dərhal dəyişiklik baş verməzdi, çünki tərəflərin maraqları kəskin şəkildə toqquşur. Eyni zamanda, ABŞ-ın vasitəçi rolunun güclənməsi Avropa İttifaqının prosesdəki təsirini daha da zəiflədə bilərdi”.

Zülfü Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri