Trampı İranı vurmaq fikrindən İsrail və Səudiyyə Ərəbistanı liderləri daşındırıblar?
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla danışıqlardan sonra İrana zərbə endirmək planlarından imtina edib".
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələrə istinadən "Axios" nəşri məlumat yayıb.
Portalın məlumatına görə, yanvarın 9-da ABŞ-nin vitse-prezidenti Cey Di Vens İrana hərbi müdaxilə ehtimalını müzakirə etmək üçün hərbçilərlə görüş keçirib. Yanvarın 13-də isə Tramp başqa bir görüşə rəhbərlik edib və İran ərazisinə zərbə endirmək üçün konkret planın hazırlanmasını tapşırıb.
Nəşrin mənbələrinə görə, müzakirə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərindən və sualtı qayıqlarından raket zərbələri ilə bağlı olub. Lakin Tramp güc tətbiq etmək barədə yekun qərar verməyib.
Vurğulanıb ki, ABŞ ordusu İrana hücumla bağlı yanvarın 14-də də əmr gözləyirmiş.
"Axios"un iddiasına görə, Netanyahu ABŞ liderinə bildirib ki, İsrail İranın ərazisinə zərbə endirəcəyi təqdirdə özünü müdafiə etməyə hazır deyil. Qismən də ABŞ-nin bölgədəki bazalarında hava hücumundan müdafiə imkanlarına kifayət qədər malik olmaması önə çəkilib.
Məlumata görə, ərəb lideri isə Trampla söhbətində ABŞ-nin hərbi müdaxiləsinin Yaxın Şərqdəki ümumi vəziyyətin kritikləşməsinə səbəb olacağını vurğulayıb.
Nəşrin mənbələrinə görə, Vaşinqton o vaxtdan bəri Tehranla vəziyyətin gərginliyini azaltmağa yönəlmiş addımları müzakirə edib.
Xəbərdə o da qeyd olunur ki, bütün bunlara rəğmən Tramp hələ də İrana qarşı güc tətbiq etmək variantını açıq saxlayır. Lakin hələlik Vaşinqton gərginliyin azaldılmasını seçib.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 19 Yanvar 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















