Icma.az
close
up
RU
Putin “Zəngəzur döyüşü”nə hazırlaşır

Putin “Zəngəzur döyüşü”nə hazırlaşır

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərinə hazırlıq görülür. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə məlumat verib.Qeyd edək ki, Lavrovun Rusiyanın Qafandakı konsulluğunun açılışında iştirak edəcəyinə dair məlumatlar yayılıb. Bununla bağlı sualı cavablandıran M. Zaxarova deyib:

“Sergey Lavrovun Ermənistana səfəri ilə bağlı deyə bilərəm ki, hazırlıqlar görülür. Bu barədə mütləq ətraflı məlumat paylaşacağıq”.

Xatırladaq ki, Rusiyanın Zəngəzurda diplomatik nümayəndəlik açmaq istəyi barədə xəbərlər hələ 2022-ci ilin oktyabr ayında İranın Qafanda konsulluğunun fəaliyyətə başlamasından dərhal sonra Ermənistan mətbuatında gündəmə gəlmişdi. Lakin bu haqda Rusiya və Ermənistan arasında razılaşma 2023-cü ilin may ayında əldə olunub. 

Rusiya xarici işlər nazirinin müavini Sergey Paltov 2023-cü il mayın 25-də Prezident Vladimir Putinlə Baş nazir Nikol Paşinyanın görüşündə Qafanda konsulluq açmaq barədə razılığın əldə edildiyini bildirmişdi. İndiyə qədər konsulluğun fəaliyyətə başlayacağı ilə bağlı bir neçə dəfə məlumatlar yayılsa da, bu proses Ermənistan-Rusiya münasibətlərindəki gərginliklə əlaqədar ləngiyib. 

Digər səbəb bütün siyasi və hərbi resurslarını Ukraynadakı ağır müharibəyə yönəldən Rusiyanın Cənubi Qafqaza marağının azalması ilə bağlıdır. İndi isə Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən qoşunlarını çıxaran Rusiyanın  Zəngəzura diplomatik missiya ilə dönüşü müşahidə olunur.  

Politoloq Əli Mustafa “Cümhuriyət”-ə bildirib ki, Rusiya əvvəldən Zəngəzura nəzarət etmək və sərhəd qoşunlarını həmin bölgədə saxlamaq istəyib: 

”Ancaq Rusiya böyük bir geosiyasi savaşa daxil olduğundan, seçim qarşısında qalıb və silahlı qüvvələrini Ermənistan sərhədlərindən çıxarmaq məcburiyyətində olub. Ola bilsin ki, alətlər dəyişir. Rusiya bir tərəfdən qoşunları çıxartsa da, digər tərəfdən konsulluq açır. Qoşun saxlamaqdan fərqli olaraq, konsulluq institutunu bir müddət orada saxlamaq və əsaslandırmaq olar. 

Rusiya da Zəngəzurda hansısa bir şəkildə qalmaqda maraqlıdır. Məqsəd isə həm “Orta dəhliz”ə, həm Azərbaycan-Ermənistan münasibətlərinə nəzarət etməkdir. Həm də Zəngəzur İran, Cənubi Qafqaz üçbucağı və Rusiyanı bağlayan bir ərazidir. Konsulluğun açılması Rusiyanın bu və ya digər formada Cənubi Qafqazda qalmaq, proseslərə təsir etmək, imkan yarandıqda yenidən geriyə dönmək niyyətindən xəbər verir. 

Konsulluq məsələsi onlar üçün əhəmiyyətlidir. Rusiya yalnız Zəngəzurda deyil, Xankəndidə də konsulluq açmaq istəyir. Halbuki, Xankəndidə hazırda çox sayda əhali yaşamır. Moskva hesab edir ki, bu cür alətlərlə Cənubi Qafqazda qalıb bölgənin ağası olmaq mümkündür”. 

Əli Mustafanın sözlərinə görə, Qafanda konsulluğun açılması Rusiyaya ciddi geosiyasi üstünlük vəd etməsə də, Zəngəzurda baş verən proseslərdən xəbərdar olmaq, hadisələrə təsir göstərmək imkanı yaradır: 

“Rusiya “Orta dəhliz”ə yaxın olmaq istəyir. Çünki “Orta dəhliz” gələcəkdə dünyanın ən böyük logistik mərkəzlərindən biri olmaq perspektivinə malik layihədir. Rusiya da bunu yaxşı anlayır və bu yola yaxın mövqelər qazanmaq istəyir. Çünki Ukraynadakı müharibədən sonra Rusiya bu dəhlizə tam nəzarət etmək imkanlarını itirib. Ukrayna müharibəsi Rusiyanı siyasi cəhətdən defolt edib. Hər halda, Rusiya düşünür ki, dəhlizə yaxın bir yerdə mövqe tutmaqla gələcəkdə proseslərə təsir imkanı əldə edə bilər.  

Konsulluğun açılması Rusiyaya Ermənistanın əhalisi ilə də işləməyə şərait yaradacaq. Paytaxt İrəvandan fərqli olaraq, Rusiya bölgələrdə əhali ilə sakit tərzdə iş apara, casus şəbəkəsini formalaşdıra bilər. Biz Qafanda İranın da konsulluğunun fəaliyyət göstərdiyini nəzərə almalıyıq. 

Rusiya konsulluq açmaqla İranın da oradakı fəaliyyətindən məlumatlı olmaq imkanı əldə edir. Nəhayət, Ermənistan-Azərbaycan münaqişəsi hələ tam bitməyib, Zəngəzurun statusu  müəyyən olunmayıb, sərhədlərin delimitasiyası və demarkasiyası aparılmayıb. Ona görə də Rusiya bölgədə mövcudluğunu təmin və proseslərə təsir etmək üçün konsulluğun açılmasına nail olaq istəyir”.    

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Açar sözlər: Putin Lavrov Qafanda konsulluq Əli Mustafa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri