Putindən həmkarına dəyərli hədiyyə Video
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya və Tacikistan prezidentləri Vladimir Putin və İmaməli Rəhman Düşənbədəki İram Nəbatət Bağında (Cənnət bağı) qeyri-rəsmi görüş keçiriblər.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, görüşdə Rusiya lideri tacikistanlı həmkarına hədiyyə təqdim edib.
İ.Rəhman Putini təyyarənin pilləkənlərində şəxsən qarşılayıb. Rusiya lideri Tacikistan dövlətinin qurucusu İsmayıl Somoninin abidəsi önünə gül dəstələri qoyub.
Rusiya prezidenti Tacikistan rəhbərinə yüksək tərtibatlı kitab hədiyyə edib. Putin kitabın “Taciklər” adlandığını və onlardan cəmi 25 ədəd olduğunu qeyd edib. Rusiya lideri ilk nüsxəni Rəhmana təqdim etdiyini qeyd edərək, bunun elmi araşdırma, monoqrafiya olduğunu izah edib.
İ.Rəhman "bu, ən yaxşı hədiyyədir" deyərək heyranlığını gizlədə bilməyib.


