Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Putini “benzin məngənəsi”ndən kim xilas edəcək? Modi, Lukaşenko və Tokayev “köməyə gəlir”

Putini “benzin məngənəsi”ndən kim xilas edəcək? Modi, Lukaşenko və Tokayev “köməyə gəlir”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Ukrayna müharibəsinin beşinci ilində müşahidə olunan mənzərə, artıq Ukrayna ilə yanaşı, bu savaşı başlayan tərəfin – Rusiyanın da ciddi məhrumiyyətlərlə üz-üzə qaldığını göstərir. Görünür, tez-tez “hər şey plan üzrə gedir” deməyi sevən Vladimir Putinin planlarında öz ölkəsini yanacaq böhranına qərq etmək, rusiyalıları saatlarla, günlərlə benzin növbələrində gözlətmək, ölkənin kənd təsərrüfatını yanacaqsız qoymaq və s. kimi maddələr də varmış...

Vəziyyət o yerə çatıb ki, benzin böhranını aradan qaldırmaq üçün dünyanın ikinci ən böyük neft ixracatçısı olan Rusiya əvvəllər heç kimin yuxusuna belə gəlməyəcək addıma getməyə məcburdur: dəniz yolu ilə neft ölkəsi olmayan Hindistandan benzin idxal etməyə! Bəli, Rusiya Hindistandan benzin alışına başlayıb və ilk partiya yaxın günlərdə Rusiya limanlarından birinə çatmalıdır. Qazaxıstan da Rusiyaya “humanitar yardım” çərçivəsində 50.000 ton benzin tədarük etməyə razılıq verib.

Belarus isə zatən xeyli müddətdir öz neft emalı sənayesini Rusiyanı təmin etmək üçün çalışdırır.

Bəs bütün bunlar Rusiyanı yanacaq böhranından xilas etmək gücündədirmi?

Öncədən qeyd edək ki, Rusiyanın bütünlükdə gündəlik yanacaq tələbatı 110 min tondur. Müharibəyə qədər ölkə həm bu tələbatını ödəyirdi, həm də xaricə benzin, dizel və digər neft məhsulları satırdı. İndi isə həmin daxili tələbatı – 110 min tonu təmin etmək mümkünsüz hala gəlib və bəri başdan qeyd edək ki, nə Belarus, nə Hindistan, nə də Qazaxıstan, ayrı-ayrılıqda və birlikdə bu həcmləri təmin etmək gücündə deyil. Rəqəmlərə baxaq:

Qazaxıstan iyul və avqust aylarında “humanitar yardım” adı ilə Rusiyaya təxminən 50.000 ton Aİ-92 və Aİ-95 benzini tədarük etməyə hazırlaşır. Rusiyanın gündəlik tələbatı 110 min tonikən Qazaxıstan iki aya (!) 50 min ton benzin verəcək. Bu, Rusiyanın bir günlük tələbatının yarısından belə azdır. “Humanitar yardım” məsələsinə gəlincə, Qazaxıstan sanksiyalar təhlükəsindən yayınmaq üçün Rusiya ilə benzin alış-verişinin adını bu cür qoyur.

Digər yandan, həmin 50 min ton Rusiya üçün dənizdə damladırsa, Qazaxıstanın özü üçün daxili bazarda müəyyən təhlükə mənbəyidir. Analitiklər qeyd edirlər ki, Qazaxıstan Kremlin benzin xahişlərindən qətiyyən məmnun deyil. Rusiyaya benzin ixracı Qazaxıstanın öz benzin bazarında tarazlığı qorumaqda çətinlik yarada bilər, üstəlik bu yanacaq yardımına görə sanksiya riskləri də var.

Belarusun Rusiyaya yanacaq dəstəyi daha realdır, lakin onun da həcmləri böhranı ciddi şəkildə qarşılayacaq həddə deyil. Belə ki, bu ilin əvvəlindən Belarus Rusiyaya yanacaq idxalını kəskin şəkildə artıraraq ilk 5 ayda ümumilikdə 270 min tona çatdırıb. Yəni, aya ortalama 54 min ton. Tək iyun ayında isə bu göstərici 80 min ton civarında olub. Belarusdakı əsas iki neft emalı zavodunun bundan artığına da çətin ki, gücü çatsın. Lap aylıq tədarükü 100-110 minə çatdırsalar belə, bu, Rusiyanın cəmi bir günlük tələbatını ödəyəcək. Ayda isə 30-31 gün var...

Hindistana gəlincə, qeyd edək ki, bu uzaq ölkədən Rusiyaya tankerlərdə benzin çatdırmaq olduqca gec və baha başa gəlir. Bir tankerin Rusiyadan çıxaraq Hindistana çatıb geri qayıtması 2 aya yaxın vaxt aparır. Plana görə, ilk partiya təxminən 60.000 ton olacaq. Bu benzini daşıyan iki tankerin Rusiya limanına gəlməsi gözlənilir. Yenə, gündəlik tələbatın yarısına bərabər olan bu həcmlər də Rusiya daxili bazarı üçün ciddi sayıla bilməz.

Beləliklə, xaricdən indiki həcmlərdə benzin idxalı Rusiyanı düşdüyü vəziyyətdən nəinki tam, heç qismən də çıxara bilməz. Bu, sadəcə müəyyən kritik dəstək xarakterli tədarüklər ola bilər.

Ümumilikdə Rusiyada daxili yanacaq istehsalı hazırda 25% azalıb və azalmaqda davam edir. Səbəb Rusiyanın heç cür bacarmadığı Ukrayna PUA və raketləridir. Ukraynanın hələlik “əli çatmayan” yeganə ən böyük neft emalı zavodu Omsk zavodudur. Lakin yaxın zamanda Kiyevin həmin zavodu da sıradan çıxaracağını qətiyyən istisna etmək olmaz.

Odur ki, yanacaq kollapsı Rusiyanı ağuşuna almaqda davam edir. Bu vəziyyətdən isə Putini nə Belarus Prezidenti Aleksandr Lukaşenko, nə Hindistan Baş naziri Modi, nə də Qazaxıstan Prezidenti Kasımcomart Tokayev çıxara bilməz. Putini bu durumdan yalnız Putinin özü çıxara bilər – Ukraynadakı qanlı və işğalçı savaşı bitirməklə.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 İyul 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see340

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see332

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see330

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see329

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see281

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see269

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see266

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see262

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see255

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see254

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see232

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see230

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see221

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see215

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see212

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see212

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see200

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see196

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see189

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri