Icma.az
close
up
RU
Tokayev Putini belə xilas edəcək Rusiyanın son çırpınışları

Tokayev Putini belə xilas edəcək Rusiyanın son çırpınışları

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana son səfəri yerli və xarici mediada olduqca maraqla qarşılanıb. Belə ki, onun həmkarı Kasım-Jomart Tokayevlə apardığı danışıqların əsas hissəsini neft-qaz məsələləri təşkil edib. Görünür, yüzdən çox tankerin sanksiya siyahısına salınması Rusiya neftinin daşınmasına ciddi zərbə vurub.

Qazaxıstan Putinə yardım edəcəkmi?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiya çox ciddi şəkildə maliyyə çətinliyi çəkir:

“Bir müddət əvvəl Mərkəzi Bankın rəhbərliyi prezident Vladimir Putinə də bu məsələ ilə bağlı müraciət edib demişdi ki, müharibənin genişləndirilməsi Rusiyanın iqtisadi, maliyyə sistemində ciddi böhrana səbəb ola bilər. Artıq böhranın əlamətləri görünür. Buna görə də Kreml alternativ mənbə axtarır. Dövlət büdcəsində neft-qaz sektoru mühüm əhəmiyyət kəsb edir. Qərbin ağır sanksiyaları şəraitində Rusiyanın neft-qaz sektorunda ciddi şəkildə geriləmə var. “Rosneft”ə məxsus olan bir çox müəssisələr fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Yaranan problemlərin səbəbi Rusiyanın neft və qazını ənənəvi bazarlara sata bilməməsidir”.

Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, Putin sözügedən problemlərin həlli üçün özünə yaxın bildiyi ölkələrə səfərlər edir:

“Putinin Qazaxıstan səfəri də bu baxımdan önəmlidir. O, Tokayevdən dəstək gözləyir. Əgər Qazaxıstan Prezidenti bu dəstəyi verərsə, Rusiyanın vəziyyətdən çıxmaq ehtimalı var. Qazaxıstanın qaz sektoru güclü şəkildə inkişaf edib. Son zamanlar Tokayev hökuməti təbii qazın ixracatına güclü dəstək verir. Rəsmi Astana alternativ enerji mənbələri barəsində, eləcə də Atom Elektrik Stansiyasının tənzimlənməsi istiqamətində də işlər görür. Tokayev hökuməti neft-qaz sektoruna ciddi dəstək göstərir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri