Icma.az
close
up
RU
“Putini sevindirəcək xəbər yoxdur: ölümsüzlük məsələsində gözləmək lazım gələcək“ Rusiya həkimlərindən açıqlama

“Putini sevindirəcək xəbər yoxdur: ölümsüzlük məsələsində gözləmək lazım gələcək“ Rusiya həkimlərindən açıqlama

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Yaşlanmaya qarşı universal həll uzaq perspektiv olaraq qalır..."

Rusiyada yaşlanmanı dayandıran və ya "gənclik eliksiri" kimi təqdim olunan universal preparatın yaradılması hələlik mümkün deyil.

Moderator.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Mixail Muraşko bəyan edib. Məlumatı "moscowtimes.ru" nəşri yayıb.

Universal həll yoxdur"

Nazir bildirib ki, belə bir vasitənin hazırlanması son dərəcə mürəkkəb elmi və tibbi vəzifədir. Onun sözlərinə görə, yaşlanmaya qarşı "bir həb" ideyası real deyil, çünki uzunömürlülük təkcə bir xəstəliyin və ya simptomun aradan qaldırılması ilə bağlı deyil. 

"Belə bir preparat ilk növbədə immun sisteminin tənzimlənməsi məsələlərini əhatə etməlidir. Uzunömürlülük mövzusu bu gün həm Rusiyada, həm də dünyada aktiv şəkildə maliyyələşdirilir, çünki söhbət təkcə ömrün deyil, sağlam ömrün uzadılmasından gedir", - Muraşko bildirib.

O, detallara varmadan Rusiyada artıq ömrün uzunluğunun artırılması istiqamətində müəyyən irəliləyişlərin olduğunu desə də, vurğulayıb ki, autoimmun xəstəliklər, şəkərli diabet və digər xroniki problemlər uzunömürlülüyə ciddi təsir göstərir.

Siyasi ritorika və "əbədi həyat" müzakirələri

Mövzu son aylarda Rusiya siyasi gündəmində də tez-tez səslənir. Noyabrda "Sberbank"ı rəhbəri German Qref 2032-ci ilə yaxın insanların "əbədi həyata yaxınlaşa biləcəyini" iddia edib.

Bu fikir amerikalı futurist Reymond Kurtsveylin nəzəriyyələrinə istinadla səsləndirilib və prezident Vladimir Putin tərəfindən də diqqətlə qarşılanıb. Putin hətta Rusiyada orta ömür uzunluğunun gələcəkdə 150 ilə çatdırıla biləcəyini söyləyib.

Qərb mediası isə daha sərt yanaşma sərgiləyib. "The Times" nəşri 2024-cü ilin payızında Putinin "əbədi həyat ideyasına aludə olduğunu" yazaraq, alimlərə yaşlanmaya qarşı vasitələrin hazırlanması tapşırığı verdiyini iddia edib. Bildirilir ki, Səhiyyə Nazirliyi elmi institutlardan hüceyrə yaşlanması, kognitiv pozuntular, osteoporoz və immun sisteminin gücləndirilməsi ilə bağlı hesabatlar tələb edib.

Statistika ritorikanı dəstəkləmir

Bunun fonunda isə rəsmi statistika daha təmkinli mənzərə göstərir. 2025-ci ilə olan məlumata görə, dünyada orta ömür uzunluğu 73 ildir, Rusiyada isə bu göstərici 73,4 il təşkil edir. BMT reytinqində Rusiya yalnız 139-cu yerdə qərarlaşıb. 

Müqayisə üçün, müharibə şəraitində olan Ukraynada belə orta ömür uzunluğu daha yüksəkdir. Qlobal liderlər sırasında Monako, San-Marino, Honqkonq, Yaponiya və Cənubi Koreya yer alır. Yaxın Şərqdə İsrail orta hesabla 82,7 il göstərici ilə ön sıralardadır.

Beləliklə, Rusiyada uzunömürlülük və hətta "əbədi həyat" mövzusu siyasi və texnoloji ritorikanın mərkəzində olsa da, səhiyyə rəsmiləri etiraf edir ki, yaşlanmaya qarşı universal həll hələ görünmür. Mövcud elmi axtarışlar daha çox ömrün keyfiyyətini və sağlamlığını qorumağa yönəlib, "gənclik eliksiri" isə hələlik futurist ideya olaraq qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Dekabr 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri