Icma.az
close
up
RU
Putinin ABŞ la danışıqlara göndərdiyi uşaq Onu Azərbaycanla nə bağlayır?

Putinin ABŞ la danışıqlara göndərdiyi uşaq Onu Azərbaycanla nə bağlayır?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında Ukraynada atəşkəs imkanları ilə bağlı ilk görüş keçirilib. Rusiyanı görüşdə Prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov və XİN başçısı Sergey Lavrov təmsil edib. Diqqətçəkən məqamlardan biri də danışıqlarda aparıcı qüvvə olan Y.Uşakovun soyadıdır. Onun soyadındakı “uşak” sözünün türkmənşəli olduğu iddia edilir.

Yuri Uşakovun Türkiyə və Azərbaycanla nə kimi bağlılığı var?

Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev bildirib ki, türk və slavyan dillərinin qarşılıqlı təsiri davamlı və intensiv olub:

“Bu səbəbdən həmin dillərin lüğət tərkibində, deyimlərində və qismən də fonetika və qrammatikasında dərin “yad” izlər qalıb.
Türk dillərinin lüğət, qrammatika və fonetikasında rus dilindən götürülmüş söz və deyimlərlə bağlı çoxlu araşdırmalar aparılsa da, rus və digər slavyan dillərində türk dillərindən götürülmüş söz və deyimlər haqqında kifayət qədər tədqiqat yoxdur.


Ruslara türk soyadlarının keçməsi bir neçə dövrə aiddir. Qədim Oğuz və Qıpçaq nəsli, yaxud Qızıl Orda və Qazan, Krım, Həştərxan, Sibir və s. Tatar xanlıqlarından olanların daşıdığı türkmənşəli soyadlar, Qərbi Avropadan gələnlərin türkmənşəli soyadları; türkəsilli olmayan şəxslərin daşıdığı türkmənşəli soyadlar; türkəsilli insanların daşıdığı rusmənşəli soyadlar.

Lev Qumilyevin “Qədim Rusiya və Böyük Çöl” əsərində deyildiyi kimi, “Hələ Mərkəzi Rus dövləti yaranandan çox-çox əvvəl xristianlaşıb, ruslara qaynayıb-qarışan Aksakov, Arakçeyev, Axmatov, Bulqakov, Qodunov, Buxarin, Karamzin, Turgenyev, Yusupov, Ermolov, Koçubey, Saltıkov, Raxmaninov, Korsakov, Suvorov, Timaşev, Uşakov, Miçurin Kurakin… kimi saysız türk ailələri var idi”.

Z.Əliyev bildirib ki, “Uşakov” soyadı türk dilində “uşaq” sözündən yaranıb:

“Uşaq” sözü arxaik sayılan “uşamaq” (ufalanmaq, kiçilmək, balacalaşmaq) feilinə çağdaş dilimizdə işlək olan (örnək: yaraq, yataq, uçaq, sınaq və s.) feildən isim düzəldən -aq qoşulmasının (qoşumça — şəkilçi) artırılması ilə düzəlib. Sözün ilkin anlamı “ufaq”, “balaca”, “kiçik”. Daha sonra söz Azərbaycan türkcəsində və Azərbaycan türkcəsinə yaxın ləhcədə danışan Anadolu bölgələrinin dilində “uşaq” sözünə çevrilib.

Coğrafi və tarixi anlamda türklərlə əsrlər boyu münasibətdə olan ruslar istər dövlətçilik, istər ordu quruculuğu, istərsə də mədəniyyət baxımından türklərdən çox yararlanıblar. Rus tarixçisi M.N.Karamzin yazır ki, Moskva öz ehtişamını Qızıl Orda xanlarına borcludur.
Ancaq heyif ki, türk soyu, türk qanı daşımalarına baxmayaraq bu soyadların indiki davamçıları çoxdan ruslaşıblar”.

Fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli isə qeyd edib ki, “uşak” sözü Azərbaycan türklərində və Anadoluda, ümumən Türkiyədə geniş yayılmışdı:

“Azərbaycanda bu söz 0-13 yaş qrupuna aid olan uşaqlara deyilir. Azərbaycan ailələrində valideynlər övladlarına ümumiləşmiş formada “uşaq” deyə müraciət edirlər. Türkiyədə bəzi bölgələrdə uşaq sözü ev işlərinə kömək edən şəxsə deyirlər. Uşaq anlayışı həm Azərbaycanda, həm də Türkiyədə daha geniş yayılıb. Türkiyədə Uşak rayonu da var. Hər iki anlayış bir-birini tamamalayır.

Uşakov soyadı uşaq sözündən qaynaqlanaraq meydana çıxıb. Əslində Azərbaycan, Türkiyə mənşəli ifadədir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Fevral 2025 05:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri