Icma.az
close
up
RU
“Putinin Azərbaycana qarşı sərt siyasət yürütməsinə elə bir ciddi səbəb də yoxdur...”

“Putinin Azərbaycana qarşı sərt siyasət yürütməsinə elə bir ciddi səbəb də yoxdur...”

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hələlik Güney Qafqaz gündəmi Ağ Evin gündəliyində yoxdur...”

“Təəssüf ki, indiki ABŞ prezidenti Donald Tramp zorakı diplomatiya, yəni məcburetmə yolunu tutub. Və onun üçün heç bir beynəlxalq prinsiplər, qayda-qanunlar əhəmiyyətli deyil. Ona görə də biz də diqqətli olmalıyıq bu məsələlərdə... Və biz də bir çox dönüşlərə hazır olmalıyıq. Düzdü, hələ ki, Amerikanın Güney Qafqaz, o cümlədən Azərbaycanla bağlı siyasətində ciddi dəyişiklik gözlənilmir. Amma istənilən vaxtı ciddi dönüşlər ola bilər, hətta ciddi təzyiqlər də edilə bilər. Ancaq bu o demək deyil ki, biz o təzyiqlərə boyun əyməliyik və Trampın dediklərini, diqtə etdiklərini qəbul etməliyik. Hələlik isə Güney Qafqaz gündəmi Ağ Evin gündəliyində yoxdur”

Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov “Sizcə, hazırkı ABŞ lideri Donald Trampın Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı əndrəbadi siyasəti, Ağ Evdəki məlum görüşdən sonra prezident Vladimir Zelenskini bir növ ofsayd durumda qoyması, Ukraynaya hərbi yardımı dayandırması və s. onun Güney Qafqaz, ayrıca Azərbaycan, Ermənistan və Gürcüstan siyasətində özünü necə göstərəcək” sualını cavablandırarkən ifadə edib.

 “Bəs bundan sonra Putin Rusiyasının Güney Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana qarşı siyasətində necə dönüş yaranacaq? Belə mülahizələr var ki, guya Tramp artıq Güney Qafqazı Putinə təslim  edir” sualına Etibar Məmmədov belə cavab verib.

“Tramp hələ Ukraynanı təslim edib qurtarmayıb axı... Əvvəla, Ukrayna özü təslim olmayacaq. İkincisi, Ukraynanın təslim olması Avropanın Rusiyaya, Putinə təslim olması deməkdir... Odur ki, Avropa da birləşib Tramp və Putinə bunu etməyə imkan verməyəcək. Məntiq onu göstərir... Və üçüncüsü də, fikrimcə, Birləşmiş Ştatların özündə də Trampın bu cür yanlış siyasətinə qarşı müqavimət getdikcə artacaq... Həm də ona görə ki, Amerikada Ukrayna lobbisi çox güclüdür. Onların təsir imkanları da böyükdür, Ağ Ev administrasiyasına belə, təsir göstərmək rıçaqları var və onlar işə düşəcək... Bundan əlavə, Konqresdə də Trampa qarşı müxalifət var. Hətta respublikaçıların içərisində də onun Ukraynanı Rusiyaya təslim etmə fikrinə müxalif olanlar xeylidir. Və bu proses tədricən gedəcək. Düzdü, hələ Ukrayna tezliklə bu ağır durumdan çıxa bilməyəcək. Ancaq bu ölkənin müqavimət potensialı da kifayət qədər böyükdür...”

“Deməli, belə düşünürsüz ki, Putin Trampın onunla yaxınlaşması fürsətindən yararlanaraq Azərbaycana qarşı siyasətində ciddi dönüş etməyəcək” sualını isə siyasətçi belə cavablandırıb.

“Bəli.  Heç axı Rusiyanın indiki geo-siyasi durumda özünə qarşı bir neçə cəbhədə qüvvələri qaldırması da məntiqlə doğru olmaz, buna ehtiyac da yoxdur. Həm də bu saat Putinin Azərbaycana qarşı sərt siyasət yürütməsinə, onu təhdid etməsinə elə bir ciddi əsas və səbəb də yoxdur...”

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Mart 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri