Icma.az
close
up
RU
Putinin yaxın adamı Azərbaycana görə istefa verib?

Putinin yaxın adamı Azərbaycana görə istefa verib?

Icma.az, Bakupost saytına istinadən bildirir.


Rusiya Prezident Administrasiyası rəhbərinin postsovet məkanı üzrə kuratoru kimi tanınan Dmitri Kozakın gözlənilməz istefası ətrafında müzakirələr davam edir.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Kozakın könüllü olaraq istefa verdiyini açıqlayıb. Amma prezidentin müvafiq fərmanı hələ dərc edilməyib.

Dmitri Kozak 2022-ci ilin fevralında keçirilən Rusiya Təhlükəsizlik Şurasının iclasında Ukraynaya müdaxiləyə qarşı çıxan məmur kimi də tanınır. "The New York Times"ın mənbələrinə görə, o, hazırda da hərbi əməliyyatların davam etməsinə qarşı mövqeyini qoruyur və 2023-cü ildə sülh danışıqlarına başlamağı təklif edib.

1958-ci ildə Ukraynanın Kirovoqrad vilayətində anadan olan Kozak Putinin də təhsil aldığı Leninqrad Dövlət Universitetində oxuyub. 1980-ci illərin sonunda Leninqrad prokurorluğunda işləyib, 1990-cı illərin əvvəllərində isə mer Anatoli Sobçakın dəvəti ilə Sankt-Peterburq administrasiyasına keçib. 1998-ci ildə Sankt-Peterburqun vitse-qubernatoru vəzifəsində çalışıb.

1999-cu ildə Putin Rusiyanın baş naziri təyin olunanda Kozak hökumət aparatı rəhbərinin birinci müavini, sonra isə aparat rəhbəri olub. Putinin prezident seçilməsindən sonra Kozak Prezident Administrasiyası rəhbərinin müavini, daha sonra Prezident Aparatı rəhbərinin birinci müavini olub. 2000 və 2004-cü illərdə hökumət aparatının rəhbəri vəzifəsində çalışıb.

2004-cü ildə Kozak Cənub Federal Dairəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi, 2007-2008-ci illərdə regional inkişaf naziri, 2008-ci ildə baş nazirin müavini olub, daha sonra Prezident Administrasiyasına qayıdıb. Kozak iki departamentin işinə nəzarət edirdi. Onun vəzifələrinə Ukrayna da daxil olmaqla, postsovet ölkələri ilə bağlı siyasət daxil idi.

Avqustun sonunda Kozakın rəhbərlik etdiyi şöbələrinin ləğv edildiyi, PA-nın digər müavini Sergey Kiriyenkonun rəhbərliyi ilə yeni strateji tərəfdaşlıq və əməkdaşlıq şöbəsi yaradıldığı bildirilib.

Maraqlıdır ki, Kozakın istefasından bir neçə gün əvvəl “The Insider” nəşrində (Rusiya Ədliyyə Nazirliyi “The Insider”i 2021-ci ildən xarici agent kimi tanıyıb) keçmiş SSRİ ölkələrində, o cümlədən Azərbaycanda Kremlin “yumşaq güc” siyasətinin iflasa uğradığı, ayrılan pulların havaya sovrulduğu və ya mənimsənildiyi haqda geniş yazı dərc edilib.

Yazıda qeyd olunur ki, Ukraynada “narıncı inqilab”ın qələbəsindən bir il sonra Kreml keçmiş sovet respublikalarında Rusiyaya sadiq siyasətçilərin və siyasi partiyalarla əlaqələr quracaq şöbənin(departamentin) yaradılması barədə göstəriş verilib. Departament Ukrayna ilə yanaşı, Ermənistan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Moldova, Qazaxıstan, həmçinin Baltikyanı ölkələr, o cümlədən qondarma Abxaziya və Cənubi Osetiyada təbliğat işi aparmaq tapşırılıb.

Yazıda bildirilir ki, Dmitri Kozak qonşu ölkələrdəki vəziyyətlə bağlı məxfi hesabatlar hazırlayıb və o, daha sonra onları Putinə təqdim edib. Məsələn, Kreml Azərbaycanda Türkiyədən fərqli olaraq Rusiyanın maraqlarını təşviq edəcək təşkilatların demək olar ki, tamamilə olmamasından çox narahat idi.

“The Insider” departamentin Kozaka verdiyi məxfi hesabatdan bir parçanı təqdim edib:

“Rusiya QHT-lərinin Azərbaycanda mövcudluğunun gücləndirilməsi məqsədəuyğundur. Rusiyanın mövqeyini təşviq edəcək real ictimai təşkilatların çatışmazlığı açıq şəkildə müşahidə olunur. Azərbaycanda mövcud QHT-lərin canlanması və ya yenilərinin yaradılması uzunmüddətli perspektivdə Rusiya təsirinin həyata keçirilməsi üçün “yumşaq güc” alətinin yaradılmasına kömək edərdi. QHT işinin əsas istiqaməti sərhədyanı ərazilərə, gənclərə, tələbə təşkilatlarına, təhsilə, rus dilinə, mədəni layihələrə və jurnalist forumlarına yönəldilə bilər. QHT layihələri təkcə iri tədbirlərlə bitməməli, daim Azərbaycan cəmiyyətinə daxildən “nüfuz etməli”, Kütləvi İnformasiya Vasitələrində səslənməlidir. Həmvətənlərin birləşdiyi təşkilatlarla işi optimallaşdırmaq və sistemləşdirmək, lazım gələrsə, onların rəhbərlərini dəyişmək lazımdır”.

Daha sonra adıçəkilən idarənin keçmiş əməkdaşı “The Insider”ə deyib ki, Azərbaycanda “yumşaq güc” üçün ayrılan böyük pullar Rusiya xüsusi xidmətinin struktur rəhbərləri və Azərbaycandakı əməkdaşları tərəfindən mənimsənilib: “Azərbaycanla “dostluğa” yüz milyon dollardan çox pul töküldü, amma hər şey boş yerə getdi”.

“The Insider”in araşdırmasında Kozakın rəhbərlik etdiyi departamentin adının mənimsəmələrdə hallanmasının bu istefa ilə əlaqəsi olub-olmaması bəlli deyil.

Kremlə yaxın mediada Kozakın son vaxtlar fəaliyyətinin formal xarakter daşıdığı haqda yazılar dərc edilib. Kozakın Kremlin ona tapşırdığı bir çox mühüm vəzifələri icra edə bilməyib.

Yeri gəlmişkən, Kozak 2017-ci ilin iyununda “Formula 1” üzrə Azərbaycan Qran Prisini izləmək üçün Bakıya gəlmişdi. Prezident İlham Əliyevin 60 illik yubileyində təbrik məktubu göndərınlər sırasında Kozak da vardı.

Rusiya mediası yazır ki, Kozaka bu dəfə də Şimal-Qərb Federal Dairəsində prezidentin tam səlahiyyətli nümayəndəsi postu təklif oluna bilər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:319
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Sentyabr 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri