Icma.az
close
up
RU
Putinin əlindən intihar edən nazir kim idi: ŞOK faktlar

Putinin əlindən intihar edən nazir kim idi: ŞOK faktlar

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın sabiq nəqliyyat naziri, eyni zamanda Kursk vilayətinin keçmiş rəhbəri Roman Starovoytun həyatına qəsd etdiyi bildirilir.

 Tribunainfo.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumatlara əsasən, Starovoyt 2023-cü ildə DİN rəhbərliyi tərəfindən təqdim edilmiş mükafat silahından istifadə edərək özünü güllələyib.

İlkin məlumata görə, Roman Starovoytun intiharına səbəb kimi onun barəsində cinayət işinin açılması ehtimalı göstərilir.

112 kanalının məlumatına görə, Starovoyta qarşı ifadə verən şəxs yaxınlarda Kursk vilayətində müdafiə istehkamlarının tikintisi zamanı böyük məbləğdə vəsaitin mənimsənilməsinə görə həbs olunan keçmiş qubernator Aleksey Smirnov olub.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Starovoytun nəqliyyat naziri vəzifəsindən azad edildiyi bu gün məlum olub. Onun mümkün istefası barədə daha əvvəl məlumat verilməmişdi. Nəqliyyat naziri vəzifəsinə Andrey Nikitin təyin olunub.

Roman Starovoyt 2024-cü ilin may ayında nazir postuna təyin olunmuşdu. O, bu vəzifəyə qədər uzun müddət Kursk vilayətinə rəhbərlik edib.

Roman Starovoyt 1972-ci ildə Kursk şəhərində doğulub. Onun uşaqlığı Leninqrad vilayətində keçib. Starovoytun atası Kursk AES-də mühəndis işləyib və 1974-cü ildə onu Leninqrad AES-ə köçürüblər, bununla da mərhum nazirin uşaqlığı bu şəhərlə bağlı olub.

O, 1995-ci ildə D.F. Ustinov adına Baltik Dövlət Texniki Universitetinin “İmpuls istilik maşınları” ixtisası üzrə məzunu olub. Elə həmin il “Regional İnvestisiya Agentliyi”ndə icraçı direktor vəzifəsinə təyin olunub.

1995-2001-ci illərdə “Promışlennıy” qeyri-dövlət pensiya fondunun aktivlərinin idarə olunması şirkətinin baş direktoru olub. 2002–2005-ci illərdə isə “Stroyinvest” şirkətinə rəhbərlik edib.

Dövlət qulluğundakı karyerasına Sankt-Peterburq hökumətində başlayıb. 2005-ci ildə o, İnvestisiya layihələri idarəsinin investorlarla iş üzrə şöbəsinin müdiri vəzifəsini tutub. 2007-ci ildə isə Sankt-Peterburq hökumətinin İnvestisiyalar və strateji layihələr üzrə komitəsinin sədrinin birinci müavini vəzifəsinə keçib.

Mərhum nazir 2008-ci ildə prezident yanında Şimal-Qərb Dövlət Xidmət Akademiyasını (indiki Şimal-Qərb İdarəetmə İnstitutu – red.) “dövlət və bələdiyyə idarəçiliyi” ixtisası üzrə bitirib. 2010–2012-ci illərdə Rusiya Hökuməti Aparatında sənaye və infrastruktur departamentində referent və direktor müavini vəzifələrində çalışıb.

2012-ci ildə DİN-in Moskva Universitetində “Qış poliatlonunda idmançıların hazırlanmasının innovativ metodikası” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi alıb.

2012–2018-ci illərdə Roman Starovoyt Rusiya Avtomobil Yolları Agentliyinə rəhbərlik edib. 2018-ci ilin oktyabrın 1-dən 10-na qədər nəqliyyat nazirinin müavini vəzifəsini icra edib. 11 oktyabr 2018-ci ildə prezident Vladimir Putin onu Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən şəxs təyin edib.

2019-cu ilin sentyabrında “Vahid Rusiya” partiyasından Kursk qubernatoru seçkilərində iştirak edərək 81,07% səs toplayıb və 16 sentyabrda vəzifəsinin icrasına başlayıb.O, həm də “qubernatorlar məktəbi”nin ikinci buraxılışının məzunudur.

2020-ci ilin noyabrından etibarən “Vahid Rusiya” partiyasının Kursk vilayət təşkilatının katibi olub.

2024-cü il mayın 11-də onun namizədliyi Rusiya Dövlət Dumasına nəqliyyat naziri postuna təqdim edilib və mayın 14-də parlamentin aşağı palatası tərəfindən təsdiqlənib.

2025-ci il iyulun 7-də prezident Putin onu nəqliyyat naziri vəzifəsindən azad edib. Starovoyt bu vəzifədə bir ildən bir qədər çox çalışmışdı.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Starovoytun istefası etimadın itirilməsi ilə bağlı deyil.

Ukrayna ilə müharibənin başlanmasından sonra Starovoyt Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Ukrayna və ABŞ-ın sanksiya siyahılarına salındı. ABŞ Dövlət Departamenti Rusiya qubernatorlarına, o cümlədən Starovoyta qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinin səbəbi kimi onların qismən səfərbərlik əmrinə əməl olunmasını təmin etmələrini göstərmişdi.

Hələ Vladimir Putin Rusiyada qismən səfərbərlik elan etməzdən əvvəl Starovoyt Çeçenistan rəhbəri Ramzan Kadırovun bölgələrdə “özünə­səfərbərlik” başlatmaq çağırışını dəstəkləmişdi. O demişdi:“Bəli, indi hər bir region rəhbəri öz vəzifəsində maksimum məsuliyyətlə hərəkət etməli və ordumuza kömək etməlidir”.

Roman Starovoyt Svetlana Starovoyt ilə evli olub. 2021-ci ildə boşanıblar. Onların iki qızı var. O, “Şöhrət” ordeni, Aleksandr Nevskinin ordeni və “Dostluq” ordeni ilə təltif olunub. Rusiya Federasiyasının 1-ci dərəcəli fəal dövlət müşaviri tituluna malik olub.

Roman Starovoytun nəqliyyat naziri vəzifəsindən istefasına bir sıra ciddi problemlər təsir edib. Mənbələrin verdiyi məlumata görə, bunlar arasında Kursk vilayətinin sərhədində fortifikasiyaların tikintisi zamanı talanla bağlı istintaq, nəqliyyat sahəsində yaranmış böhran və sahənin inkişafında müşahidə olunan “tıxanma”dır. Bu amillər nazirliyin rəhbərliyinin dəyişdirilməsi üçün əsas səbəblərdən biri olub.

Məhkəmə iddiasından məlum olur ki, 2022–2023-cü illərdə Kursk vilayət hökumətinə federal büdcədən 19,4 milyard rubl ayrılıb ki, bu vəsait müdafiə qurğularının (bunker, atəş nöqtələri, dəstək məntəqələri, tank əleyhinə piramidalar və xəndəklər) tikintisinə yönəldilsin.

İddiaçılar bildiriblər ki, cavabdehlər müdafiə qurğularının tikintisi işlərinin “görünüşünü” yaradıb, həqiqi iş aparmadan saxta xərclər sxemini həyata keçirib və inşaat materiallarının təchizatı üçün saxta, “bir günlük” şirkətlərlə sazişlər bağlayıblar.

Ötən ilin dekabr ayında Kursk vilayətinin inkişaf baş direktoru Vladimir Lukin və onun müavinləri, müdafiə istehkamlarının qurulmasına cavabdeh şəxslər həbs ediliblər.

Kursk qubernatorunun sabiq müavini Aleksey Smirnov isə bu ilin aprel ayında həbs olunub.

Starovoyt nəqliyyat naziri vəzifəsindən istefa verməzdən əvvəl mənbələr bildiriblər ki, bu məsələ gec-tez ona da təsir göstərəcək, çünki müdafiə istehkamlarının tikintisi onun dövründə başlayıbmış. Roman Starovoyt bu işdə şahid kimi ifadə verməli imiş.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 İyul 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri