Icma.az
close
up
RU
Putinin masasındakı “gizli qovluq”da nələr var? Şok faktlar

Putinin masasındakı “gizli qovluq”da nələr var? Şok faktlar

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sərt addımlar atmağa hazır olduğunu bəyan edib, lakin bir şərtlə: Avropa İttifaqı da ilk addımları atmalıdır. Bu, Vaşinqtonun Moskvaya qarşı oyundəyişdirici (xüsusilə enerji daşıyıcıları ilə bağlı) sanksiyalara getmək niyyətində olmadığını təsdiq edir. Ağ Evin “Brüssel şərti” isə Avropadakı müttəfiqlərinin ABŞ-dan addım gözləməsi ilə bağlıdır. Tramp şərt irəli sürür ki, Avropa Rusiya neftini almağı dayandırmalıdır, yalnız o halda, ABŞ “vintləri sıxacaq”.

Vaşinqton da anlayır ki, Avropanın bu imkanı zəifdir.

- Avropa hələ də Rusiya enerjisindən asılıdır və bundan imtina etmək iqtisadi problem deməkdir;

- Köhnə Qitə Rusiyadan enerji asılılığından xilas olmaq istəyir, lakin bunun üçün zamana və alternativ mənbələrə ehtiyac var;

ABŞ-ın “müttəfiqləri”nin zəif nöqtələrindən istifadə etdiyi məlumdur. Rusiyada isə Putinin “gizli qovluğu”na ümid edirlər.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Rusiya mediası Putinin dünyada qüvvələr balansını dəyişməyə qadir olan “gizli qovluğu”nun olduğunu iddia edir.

“Razvedçik” teleqram kanalının iddiasında deyilir: “Moskvada strateji əhəmiyyətli ehtiyatların – uran, titan və nadir torpaq metallarının ixracına nəzarəti gücləndirən sərt tədbirlər layihəsi hazırlanıb. Bunlar Amerika sənayesinin, xüsusilə hərbi sektorunun əsas xammalını təşkil edir və onların tədarükünün məhdudlaşdırılması ABŞ-a böyük zərbə vura bilər, hətta heç bir sanksiya paketi itkiləri kompensasiya etmək iqtidarında deyil”.

Mənbələr bu tədbirlərin yer aldığı “gizli qovluğun” Putinin masasında olduğunu bildirir.

Rusiyada təzyiq üçün fərqli variantın da olduğu qeyd olunur: enerji resurslarının tədarükünün azaldılması ilə qlobal bazarda yanacaq qıtlığı yaratmaq və qiymətlərə süni şəkildə müdaxilə etmək.

Moskvada düşünürlər ki, bu variantın tətbiqindən ən çox Avropa ölkələri əziyyət çəkəcək. ABŞ da bunun baş verməməsi üçün Rusiyaya qarşı yeni sanksiyaları təxirə sala bilər. Çinin “NetEase” portalının analitiklərinin araşdırmalarına görə, Rusiya Qərbin sanksiyalarını öz xeyrinə çevirmək imkanına malikdir. Burada əsas məqamlardan biri 2014-cü ildə ilk sanksiyalara məruz qalandan sonra Rusiyanın kənd təsərrüfatı sektoruna xüsusi diqqət ayırmasıdır. Nəticədə Rusiya taxıl istehsalında önə çıxdı. Bu nəticə ən çox Fransa üçün mənfi perspektivlər vəd edir. Çünki uzun müddət Şimali Afrika bazarlarında taxıl tədarükünə liderlik edən Parisin yerini tədricən Moskva tutur.

Ekspertlər hesab edirlər ki, Rusiya sanksiyaların növbəti mərhələsinə “güzgü taktikası” ilə cavab verə bilər. Ki, bundan ən çox zərər çəkən ölkə Fransa olacaq.

Mövcud vəziyyətdə ABŞ, Avropa və Rusiya arasında siyasi, iqtisadi və hərbi müstəvidə dilemmanın yarandığı görünür. Tərəflərin hər birinin bu istiqamətlərdə təsir imkanlarına malik olması qarşılıqlı addımları daha da çətinləşdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Sentyabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see236

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see211

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see206

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see178

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see178

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see170

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see158

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see153

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see151

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri