Icma.az
close
up
RU
Putinin ifa etdiyi qədim türk aləti: Oğuzlardan slavyanlara necə keçib?

Putinin ifa etdiyi qədim türk aləti: Oğuzlardan slavyanlara necə keçib?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Rusiya Prezidenti Vladimir Putin Bişkek səfəri zamanı qırğız milli musiqi aləti olan komuzda (qamuz/qopuz) çalmağa cəhd edib. Həmin anlar sosial şəbəkələrdə maraqla qarşılanıb.

Dövlət başçısının aləti mizrabsız çalması geniş müzakirələrə səbəb olub və hətta slavyanların “qopuzu” – balalayka ilə müqayisə edilib. Hadisə fonunda bir çoxları “Dədə Qorqud” filmindəki məşhur “Mən qopuz çalım, ərə gedən qız oynasın” replikasını da xatırladıb.

Türklərin bu qədim və müqəddəs musiqi aləti haqda nələr məlumdur? Onu sazın əcdadı adlandırmaq doğru olarmı?

Globalinfo.az-a danışan əməkdar incəsənət xadimi, musiqişünas-pedaqoq Lalə Hüseynova deyib ki, qopuz nəinki sazın, ümumiyyətlə bütün simli musiqi alətlərinin əcdadı sayılır:

“XX əsrin elmi araşdırmaları dünyada yayılmış kamanlı simli alətlərin vətəni kimi Mərkəzi Asiya regionunu ön plana çəkir. Bir sıra slavyan, o cümlədən rus alimləri bu nəzəriyyəni birtərəfli hesab etsələr də, alətşünas alimlərin əksəriyyəti arxeoloji ekspedisiyaların, qədim yazılı mənbələrin verdiyi ciddi arqumentlərlə razılaşaraq artıq bu müddəanı qəbul edirlər. Qopuz simli alət kimi həmdərtimli və kamanlı olaraq iki istiqamətdə inkişaf edib. Qopuz, kobiz, kubız, qılqopuz, komuza türksoylu xalqların məxsusi dünyagörüşünü, inanclarını, həyat tərzini, ruhunu ifadə edib, onun müşayiətilə dastan söyləyib, epik ifadəçiliq ənənələrini formalaşdırıblar. Alətin qeyri-türk xalqlar arasında da yayılması qopuz anlamının müstəsna əhəmiyyətindən xəbər verir. Eyni zamanda hazırda bu ad altında bir sıra türk xalqlarında zərbli və idiofonlu alətlər də mövcuddur”.


Lalə Hüseynova 

Musiqişünas qeyd edib ki, Azərbaycanda qopuzun alimlərin qədim mənbələr əsasında barpa etdiyi bir neçə fərqli nümunəsi vardır:

“Onlardan birini mərhum Məcnun Kərim düzəldib, Qədim Musiqi alətləri ansamblında istifadə edilən qopuzdur, digərləri isə Milli Konservatoriyanın “Milli Musiqi Alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədovun hazırladığı iki ədəd fərqli qopuzlardır. Bəs necə olubdur ki, rəvayətlərə görə “oğuz elinin tamam bilicisi” Dədə Qorqudun icad etdiyi, hətta oğuzlarda alət mənasında işlədilən qopuz məhz bu ellərdə öz əli ilə bu və ya digər formada mövcudluğunu qoruyub saxlaya bilməyib? Bu sualın cavabında, zənnimcə, iki məqamı önə çəkmək mümkündür. İki qardaş ölkənin alimlərinin fikrincə, hazırda dartımlı qopuzun bilavasitə xələfləri Azərbaycanda saz, Türkiyədə bağlama, türkmənbaxşılarda isə dütardır. Oğuz türklərinə aid olan bu xalqlardan yalnız türkmənlərdə qopuz adı ilə həm də idiofonlu kiçik bir alət də mövcuddur. Ona “şan kobız”, habelə hazırlandığı materialdan asılı olaraq “ağac kobız” və ya “temir kobız” da deyirlər.

Hazırda Qazaxıstanda, hələ də əski variantında ömrünü sürməkdə davam edən simli kamanlı Qılqopuz baxşı şamanların başlıca “silahı” idi. Bu alətin hazırki görkəmi belə onun qədimiliyini aşkar büruzə verir. Qılqopuz bütöv ağac parçasından hazırlanır və bu da alət düzəltmənin ən qədim üsullarından biri hesab olunur.  Türk xalqları, o cümlədən qazaxlar arasında yayılan rəvayətlərə görə də, bu aləti türk ellərinin ulu əcdadı Qorqud ata icad edib. Qorqudla bağlı bütün rəvayətlərdə qopuz ölümlə mübarizə aparmaq üçün yaradılıb və deməli “həyat-ölüm” antitezisində həyat simvoludur. Onun müqəddəsliyini hamı qəbul edir və düşməni məhv etməkdən belə çəkindirir”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri