Icma.az
close
up
RU
Putinin imperiya hədəfləri: Atlantic Council onun yaxın gələcək planlarını açıqlayıb

Putinin imperiya hədəfləri: Atlantic Council onun yaxın gələcək planlarını açıqlayıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerikanın analitik mərkəzi "Atlantic Council", Rusiyanın cari imperiya ambisiyalarını və Vladimir Putinin gələcək hədəflərini təhlil edib. Məqaləyə əsasən, Putinin nəzərdə tutduğu potensial məqsədlər, XIX əsrdəki Rus İmperiyasının sərhədləri ilə bağlıdır. Bu hədəflər sırasına Finlandiya, Polşa, Estoniya, Latviya, Litva, Belarusiya, Moldova, Ermənistan, Gürcüstan, Azərbaycan və Orta Asiya ölkələri daxildir.

Bizimyol.info xəbər verir ki, "Atlantic Council" yazdığı analitik məlumata görə, bu siyahı tamamlanmış deyil və Sovetlər İttifaqının keçmiş üzvləri də daxil olmaqla daha çox ölkəni əhatə edir.

Məqalə qeyd edir ki, Vladimir Putin yenə də öz ekspansionist ambissiyalarını aydın şəkildə nümayiş etdirib. 17 dekabrda Müdafiə Nazirliyinə etdiyi çıxışda, o, Ukraynaya qarşı başlatdığı müharibənin məqsədlərinin “şübhəsiz” olaraq həyata keçəcəyini və bu müharibəni “post-Sovet Rusiyasının geri çəkilməsini dayandırmaq” kimi təqdim edib.

Putinin bu açıqlamaları, xüsusilə Ukraynanın Donbas regionunun hələ də Ukraynanın nəzarəti altında qalmasını nəzərdə tutan ən açıq şərh kimi qiymətləndirilib.

Müəlliflər bildirir ki, bu kiçik amma strateji əhəmiyyətli torpaq parçası, hazırda danışıqların mərkəzindədir və Kreml bunu atəşkəs üçün tələb etdiyi dəyər kimi göstərib. Putinin Ukraynaya qarşı müharibə aparması ilə əlaqədar Qərbdə çoxları artıq onun imperiya ambissiyalarını ciddi şəkildə qəbul etməyə başlayıb. Xüsusilə, ABŞ kəşfiyyat xidmətləri Rusiyanın Ukraynanın tamamını ələ keçirmək və keçmiş SSRİ-yə aid olan Avropa torpaqlarını geri qaytarmaq məqsədini hələ də güddüyünü bildirir.

Avropalılar və xüsusən Polşa və Baltikyanı ölkələr bu hədəfləri qəbul edirlər. Lakin şübhə edənlər də var və onlar Putinin Qərbə qarşı müharibə aparmaq bacarığını və Ukraynada ordusunun məğlubiyyətlərini buna dəlil kimi göstərirlər.

Məqalə, Rusiyanın Ukraynada əldə etdiyi irəliləyişlərin olmamasının zəiflik əlaməti olmadığını vurğulayır. Əksinə, bu, Ukrayna xalqının göstərdiyi möhtəşəm müqavimət və böyük itkilərin sübutudur. Lakin, Ukraynanın bu müqaviməti davam etdirməsinin sonsuz olmayacağını və əgər Ukrayna məğlub olsa, Avropanın onla bacarmayacağına diqqət çəkilir.

"Atlantic Council" həmçinin, geopolitik mühitin Putinə Rusiyanın imperiya gündəmini irəlilətmək üçün bənzərsiz bir fürsət təqdim etdiyini vurğulayır. ABŞ-da Donald Trampın geri qayıtması, Ukraynadakı müharibəyə və Avropanın müdafiəsinə dair ABŞ siyasətində köklü dəyişikliklərə səbəb olub.

Avropanın yalnız özbaşına Rusiyaya qarşı mübarizə aparmasının mümkün olmadığını qeyd edən məqalə, son illərdə müdafiə sahəsindəki zəifliklərin və Avropanın kollektiv siyasi iradəsinin çatışmazlığının bu problemin daha da ağırlaşdığını vurğulayır.

Putinin həmçinin, müharibənin genişlənməsinə tələsmədiyi üçün bəzi səbəblərin olduğunu söyləyir. Eyni zamanda Avropanın potensial olaraq güclü bir cavab verə biləcəyinə dair narahatlıqların buna səbəb olmadığına diqqət çəkilir.

Son olaraq, məqalə qeyd edir ki, Putinin tarixdə ən böyük Rusiya hökmdarlarından biri olma məqsədinə çatmaq üçün artıq geri dönülməz bir nöqtəyə gəldiyi və bu məqsədindən geri çəkilməyəcəyinə işarə edir.

Müəlliflər bildirir ki, sülhün yalnız Putinə qarşı təzyiqin artırılmasına bağlı olduğu və əgər Ukraynadakı məğlubiyyət və daxili cəbhədə potensial bir çöküşlə qarşılaşarsa, yalnız o zaman real sülh mümkündür.

Hazırda, Rusiya və Ukrayna arasında sülh danışıqları davam edir, lakin həlledici məsələ Donbasın gələcəyidir, və Putin tam nəzarətə almaq istəyir. Son zamanlar Almaniya xarici işlər naziri Johann Vaddefül, Ukraynanın yalnız ABŞ-dan etibarlı təhlükəsizlik təminatları alarsa, sülh danışıqlarında güzəştlərə getməyə razı ola biləcəyini ifadə edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Dekabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri