Putinin iqamətgahı yanında qarğalara əlini yellədi, saxlanıldı
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putinin Moskva vilayətində Novo-Oqarevodakı iqamətgahının yaxınlığında özünü şübhəli aparan şəxs saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Regnum” portalı yayıb.
Həmin şəxsin saxlanılmasına səbəb onun körpü üzərində dayanaraq qarğalara əlini yelləməsi olub.
Bildirilib ki, patrul xidməti həyata keçirən əməkdaşlar bir gəncin meşədə gəzdiyini və “qəribə davranışlar sərgilədiyini” müşahidə ediblər.
Belə ki, onlar gənci saxlayaraq sorğu-sual ediblər. Məlum olub ki, həmin şəxs 21 yaşlı Moskva sakinidir. Bununla belə, onun adı və soyadı açıqlanmayıb.
“Sergey (ad şərtidir – red.) Novo-Oqarevoya Moskvadan elektrik qatarı ilə gəlib, Usovo stansiyasında düşüb və qonşu Bolşoe Sarayevo kəndində yerləşən evinə qədər yolunu qısaltmaq üçün meşə ilə getməyə qərar verib. O, körpüdən keçərkən qarğaları görüb və onlara əlini yelləmək üçün dayanıb”, - deyə mənbə bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ona mühafizə olunan dövlət obyektinin ərazisində olduğunu və buna görə də davranışlarının diqqət çəkdiyini izah ediblər. Daha sonradan onun hər hansı qanunazidd hərəkət planlaşdırılmadığı aydın olduqda sərbəst buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 04 Avqust 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















