Putinin məşhur avtomobili sultanın sarayında
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Malayziyanın ali hökmdarı Sultan İbrahim Rusiya istehsalı olan “Aurus Senat” limuzini alıb.
Ölkə.az xəbər verir ki, bu barədə Malayziya mediasında məlumat yayılıb.
Məlumata görə, “Aurus Senat” Kremlin rəsmi avtomobili kimi tanınır və Rusiya prezidenti Vladimir Putinin istifadə etdiyi avtomobil modeli ilə eyni seriyaya daxildir. Avtomobil yüksək təhlükəsizlik sistemi, zirehli versiyası və lüks interyeri ilə diqqət çəkir.
Malayziya mediası yazır ki, Sultan İbrahimin yeni limuzini artıq ictimaiyyətin marağına səbəb olub. Bununla yanaşı, avtomobilin texniki xüsusiyyətləri və qiyməti barədə rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, “Aurus” markası son illərdə müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri və kral ailələri arasında populyarlıq qazanmağa başlayıb.(musavat)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 12 May 2026 07:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















