Putinin Noviçok hücumuna görə mənəvi məsuliyyəti təsdiqləndi
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Britaniyada keçirilən rəsmi araşdırma 2018-ci ildə baş vermiş "Noviçok" zəhərlənmələrinə görə Rusiya prezidenti Vladimir Putini “mənəvi cəhətdən məsul” hesab edib.
Bakıvaxtı.az Politico-ya istinadla xəbər verir ki, 2018-ci ildə Sergey Skripal və qızı təsadüfən zəhərli ətir flakonundan istifadə edərək ölüb.
Araşdırmaya rəhbərlik edən Entoni Hyuz bildirib ki, Skripalı öldürmək əməliyyatı “Rusiya gücünün nümayişi” kimi planlaşdırılıb və “ən yüksək səviyyədə - prezident Putin tərəfindən təsdiq edilib”. Onun qızı isə tamamilə günahsız qurban idi.
Böyük Britaniya hökuməti Baş Kəşfiyyat İdarəsini tam şəkildə sanksiyalara məruz qoyduğunu açıqlayıb və Rusiya səfirini çağırıb. Hücumla əlaqədar iki idarə əməkdaşı - Aleksandr Mişkin və Anatoliy Çepiqanın adı çəkilib, lakin onlar Rusiyaya qayıtdıqları üçün həbs olunmayıblar.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 04 Dekabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















