Icma.az
close
up
RU
“BU, PUTİNİN MƏSULİYYƏTİ ETİRAF ETMƏSİDİR” “Münasibətlərin normallaşması isə...”

“BU, PUTİNİN MƏSULİYYƏTİ ETİRAF ETMƏSİDİR” “Münasibətlərin normallaşması isə...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

“Putin AZAL təyyarəsinin vurulmasına görə məsuliyyəti yenə Ukraynanın üzərinə qoymağa çalışır. Onun sözlərindən belə nəticə çıxır ki, əgər Çeçenistan səmasında Ukrayna dronları olmasaydı, Rusiya hərbçiləri Azərbaycanın mülki təyyarəsinə atəş açmazdılar.”

“AzPolitika” xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə Düşənbədə baş tutan görüşünü şərh edərkən bildirib.

Politoloq vurğulayıb ki, Putin təyyarənin raketlə vurulması faktını hələ də qəbul etmir və buna görə də iddia edir ki, guya təyyarəyə yalnız raketin qəlpələri dəyib.

Elxan Şahinoğlu əlavə edib ki, Putin eyni zamanda Rusiyanın istintaqa bütün lazımi dəstəyi göstərdiyini və faciənin hərtərəfli araşdırılmasına açıq olduğunu qeyd edib. Politoloq sual edib: “Əgər Putin araşdırmanın yekunlaşmadığını deyirsə, o zaman raketin təyyarəyə dəymədiyi iddiasını niyə irəli sürür?”

Politoloq diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinə müraciətində Putin “hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə Sizdən üzr istəyirəm. Həlak olanların ailələrinə ən səmimi başsağlığımı çatdırıram” sözlərini səsləndirib.

O həmçinin vurğulayıb ki, Putin Rusiyanın AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məmurların hərəkətlərinə hüquqi qiymət veriləcəyini və ölkəsinin bu faciə ilə əlaqədar zərərçəkənlərə kompensasiya ödəyəcəyini bildirib. Politoloq bu addımı Rusiyanın Azərbaycanın mülki təyyarəsinin vurulmasına və vətəndaşlarımızın həlak olmasına görə məsuliyyətini etiraf kimi qiymətləndirib.

Elxan Şahinoğlu qeyd edib ki, əgər Putin bu mövqeni ilk gündən səsləndirsəydi, Azərbaycan-Rusiya münasibətləri bu qədər gərginləşməzdi. Onun sözlərinə görə, münasibətlərin normallaşması Putinin verdiyi vədlərin – rusiyalı məmurların məsuliyyətə cəlb edilməsi və kompensasiyaların ödənilməsi – necə yerinə yetiriləcəyindən asılı olacaq.

Politoloq həmçinin ümid edib ki, Putin məmurlarına Rusiyada azərbaycanlıların incidilməsi və bəzi hallarda zorakılığa məruz qalması hallarına son qoyulması ilə bağlı tapşırıq verəcək.

Elxan Şahinoğlu əlavə edib ki, bütün hallarda münasibətlərdəki gərginlik hər iki ölkənin maraqlarına uyğun deyil.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Oktyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see299

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see208

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see198

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see194

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see154

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see152

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see147

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see147

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see138

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see137

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see133

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see132

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see132

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see132

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see132

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see131

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see130

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see130

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see129

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri