Icma.az
close
up
RU
Putinin ölümsüzlüyü mümkündürmü?

Putinin ölümsüzlüyü mümkündürmü?

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pekində keçirilən hərbi paradda Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında kameraların qeydə aldığı söhbət dünya mediasında rezonans doğurub.

İki liderin orqan köçürülməsi vasitəsilə insan ömrünün uzadılmasından, hətta 150 yaşa qədər yaşamağın mümkünlüyündən bəhs etməsi zarafat kimi görünsə də, mövzunun arxasında ciddi elmi müzakirələr dayanır.

Modern.az bildirir ki, son onilliklərdə orqan transplantasiyası minlərlə insanın həyatını xilas edib.

Məsələn, bəzi böyrəklər insan bədənində 50 ilə qədər fəaliyyət göstərə bilir. Ancaq əməliyyatlar risklidir, hər köçürmədə böyük cərrahi müdaxilələr edilir, üstəlik, orqanın adaptasiyası üçün xəstələr ömür boyu immuniteti zəiflədən güclü dərmanlardan istifadə etməlidirlər. Bu da infeksiyalara qarşı həssaslığı artırır, əlavə xəstəliklər yaradır.

Elm isə dayanmadan yeni yollar axtarır. Ksenotransplantasiya (genetik dəyişdirilmiş donuz orqanlarının insana köçürülməsi) artıq sınaq mərhələsindədir. Bir neçə uğurlu əməliyyat keçirilsə də, nəticələr hələ uzunömürlülüyə zəmanət vermir. Digər yanaşma isə kök hüceyrələrdən süni orqanlar yetişdirməkdir. Alimlər insan timusu və bağırsaq toxumaları üzərində ilk təcrübələri aparıb, amma hələ tam funksional orqan hazırlamaq mümkün olmayıb.

Mütəxəssislər bildirirlər ki, nəzəri olaraq yeni orqanların dəfələrlə dəyişdirilməsi ilə ömrü uzatmaq mümkündür. Amma insan bədəni yaşlandıqca yalnız orqanların deyil, bütün sistemlər (immunitetdən tutmuş hüceyrə regenerasiyasına qədər) zəiflədiyi üçün “ölümsüzlük” konsepsiyası real görünmür. Londonlu professor Nil Mabbottun sözləri ilə desək: “Çox yaşamaq mümkündür, amma bu, sağlam yaşlanmaq demək deyil”.

Bu gün texnologiyalar insanlara bir qədər uzun, amma daha çox sağlam ömür bəxş etməyə yönəlib. Yəni Putin və Sinin arzuladığı “sonsuz həyat” hələ də fantastika olaraq qalır. Elm hələlik ölümsüzlük deyil, daha yaxşı yaşlanma yollarını axtarır.

Elnur Əmirov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Sentyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri