Icma.az
close
up
RU
“Putinin qalib olduğunu, Trampın isə məğlubiyyətini...” SENSASİON AÇIQLAMA

“Putinin qalib olduğunu, Trampın isə məğlubiyyətini...” SENSASİON AÇIQLAMA

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

"Güman olunduğu kimi, Trampla Putinin Alyaska görüşü rəsmən elan olunmuş əsas məqsədinə çatmadı. Rusiya-Ukrayna müharibəsində atəşkəs barədə razılıq əldə edilmədi. Prezidentlərin hər 2-si müəyyən irəliləyişlərin əldə olunduğunu qeyd etsələr də, bu irəliləyişlərin nədən ibarət olduğu aydın deyil. Görüşdən sonra verilən açıqlamalarda əsas məsələ kimi təqdim olunan atəşkəslə bağlı hər hansı fikrin səsləndirilməməsi, ABŞ prezidenti Trampın “əsas məsələlər üzrə Rusiya ilə razılaşma yoxdur” sözləri də danışıqların nəticəsiz bitməsinin göstəricisi hesab olunmalıdır".

Bu sözləri Musavat.com-a siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.

O bir sıra diqqətçəkən fikirlər də səsləndirib: Dominos pizza

"Putinin dediyi “Ukrayna münaqişəsinin həlli üçün bütün əsas səbəblər aradan qaldırılmalıdır. Rusiya ilə bağlı bütün qanuni narahatlıqlar nəzərə alınmalı, Avropada və ümumilikdə dünyada ədalətli təhlükəsizlik balansı bərpa edilməlidir” fikri diqqəti cəlb edir. Əsas səbəblər dedikdə, nələrin nəzərdə tutulduğu barədə müxtəlif şərhlər irəli sürmək olar. Bu şərhlərdən biri də bundan ibarət ola bilər ki, Rusiyanın Ukraynaya təcavüzü və müharibənin başlanması daha çox geosiyasi amillərlə - ilk növbədə NATO-nun şərqə doğru genişlənməsi ilə əlaqədardır. Rusiya NATO-nun şərqə doğru genişlənməsini özünün geosiyasi maraqlarına və milli təhlükəsizliyinə təhdid hesab edir və işğal olunmuş Ukrayna ərazisindən təhlükəsizlik zolağı kimi istifadə etmək istəyir.

Ukraynanın və dünyanın ABŞ və Rusiya arasında bölüşdürülməsi faktiki baş tutmasa da, Trampın dediyi “biz tam anlaşmaya nail ola bilmədik, razılaşma yoxdur, amma buna çatmaq üçün şansımız var” sözləri prezidentlərin bu məsələyə sonradan bir daha qayıda biləcəklərinə işarə kimi qiymətləndirilə bilər.

Yaxşı ki, bu bölüşdürülmə baş tutmadı. Əks halda Ukrayna öz ərazilərinin bir hissəsini həmişəlik itirərdı. Digər postsovet ölkələrinin milli təhlükəsizliyi üçün də Rusiya tərəfindən ciddi təhdidlər yaranardı.

Lakin bu görüşün tamamilə nəticəsiz bitdiyini demək olmaz. ABŞ ilə Rusiya arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, Arktikanın təbii sərvətlərindən birgə istifadə məsələləri barədə müəyyən fikirlərin səsləndirilməsi görüşdə hər 2 dövlətin iqtisadi və kommersiya maraqlarına üstünlük verməsinin və bu barədə şifahi razılaşmaların olmasının göstəricisi kimi qəbul oluna bilər.

Görüşün ümumi nəticələrinə görə Putinin qalib olduğunu, Trampın isə məğlubiyyətini öz simasında göstərdiyini deyən ekspertlər haqlıdırlar. Putin ən azı Qərb ölkələrinin neçə illərdir davam edən izolyasiyasından çıxdı. Trampın vəd etdiyi sərt sanksiyalar Putini qorxutmadı. Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı. İndi söz Ukraynanın və kollektiv Avropanındır".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Avqust 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri