Icma.az
close
up
RU
Qulamhüseyn Əlibəyli: “Putinin qalib olduğunu, Trampın isə...”

Qulamhüseyn Əlibəyli: “Putinin qalib olduğunu, Trampın isə...”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Güman olunduğu kimi, Trampla Putinin Alyaska görüşü rəsmən elan olunmuş əsas məqsədinə çatmadı - Rusiya-Ukrayna müharibəsində atəşkəs barədə razılıq əldə edilmədi”.

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri politoloq Qulamhüseyn Əlibəyli deyib.

O bildirib ki, prezidentlərin hər ikisi müəyyən irəliləyişlərin əldə olunduğunu qeyd etsələr də, bu irəliləyişlərin nədən ibarət olduğu aydın deyil:

“Görüşdən sonra verilən açıqlamalarda əsas məsələ kimi təqdim olunan atəşkəslə bağlı hər hansı fikrin səsləndirilməməsi, ABŞ prezidenti Trampın “əsas məsələlər üzrə Rusiya ilə razılaşma yoxdur” sözləri də danışıqların nəticəsiz bitməsinin göstəricisi hesab olunmalıdır. 

Putinin dediyi “Ukrayna münaqişəsinin həlli üçün bütün əsas səbəblər aradan qaldırılmalıdır. Rusiya ilə bağlı bütün qanuni narahatlıqlar nəzərə alınmalı, Avropada və ümumilikdə dünyada ədalətli təhlükəsizlik balansı bərpa edilməlidir” fikri diqqəti cəlb edir.

Əsas səbəblər dedikdə, nələrin nəzərdə tutulduğu barədə müxtəlif şərhlər irəli sürmək olar. Bu şərhlərdən biri də bundan ibarət ola bilər ki, Rusiyanın Ukraynaya təcavüzü və müharibənin başlanması daha çox geosiyasi amillərlə - ilk növbədə NATO-nun şərqə doğru genişlənməsi ilə əlaqədardır. Rusiya NATO-nun şərqə doğru genişlənməsini özünün geosiyasi maraqlarına və milli təhlükəsizliyinə təhdid hesab edir və işğal olunmuş Ukrayna ərazisindən təhlükəsizlik zolağı kimi istifadə etmək istəyir.

Ukraynanın və dünyanın ABŞ və Rusiya arasında bölüşdürülməsi faktiki baş tutmasa da, Trampın dediyi “biz tam anlaşmaya nail ola bilmədik, razılaşma yoxdur, amma buna çatmaq üçün şansımız var” sözləri prezidentlərin bu məsələyə sonradan bir daha qayıda biləcəklərinə işarə kimi qiymətləndirilə bilər”.

Politoloq qeyd edib ki, yaxşı ki, bu bölüşdürülmə baş tutmadı:

“Əks halda Ukrayna öz ərazilərinin bir hissəsini həmişəlik itirərdı. Digər postsovet ölkələrinin milli təhlükəsizliyi üçün də Rusiya tərəfindən ciddi təhdidlər yaranardı. Lakin bu görüşün tamamilə nəticəsiz bitdiyini demək olmaz. ABŞ ilə Rusiya arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, Arktikanın təbii sərvətlərindən birgə istifadə məsələləri  barədə müəyyən fikirlərin səsləndirilməsi görüşdə hər 2 dövlətin iqtisadi və kommersiya maraqlarına üstünlük verməsinin və bu barədə şifahi razılaşmaların olmasının göstəricisi kimi qəbul oluna bilər.

Görüşün ümumi nəticələrinə görə Putinin qalib olduğunu, Trampın isə məğlubiyyətini öz simasında göstərdiyini deyən ekspertlər haqlıdırlar.
Putin ən azı Qərb ölkələrinin neçə illərdir davam edən izolyasiyasından çıxdı. Trampın vəd etdiyi sərt sanksiyalar Putini qorxutmadı. Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı”.

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Avqust 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri