Icma.az
close
up
RU
Putinin qəzəbi soyumur: SOCAR dan sonra səfirliyimiz hədəf alınır

Putinin qəzəbi soyumur: SOCAR dan sonra səfirliyimiz hədəf alınır

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Azərbaycana qarşı qərəzi, kini indi baş verməyib və 250 ildən də artıqdır ki, azərbaycanlılar o qərəzi canlarında hiss edirlər.

Prezident İlham Əliyev  haqlı olaraq: "AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsi "Rusiya tərəfindən vurulub" deyəndən və  "Rusiya günahını etiraf etməli, günahkarları cəzalandırmalı və təzminat ödəməlidir" iradından sonra Putin demək olarki daha da aqressivləşib. Səfərov qardaşlarına qarşı cinayətini , Ruusiyada yaşayan azərbaycanlılara qarşı  düşmənçiliyini izlədik.
Ümumiyyətlə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan isə Ukraynaya humanitar yardım verdiyi üçün Azərbaycana qarşı qərəz onsuz da vardı. 2024-cü ilin son ayında baş verən təyyarə qəzası , daha doğrusu, Aktau yaxınlığında Azərbaycana məxsus sərnişin təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulması həmin qərəzin nəticəsi idi.

 Qərəz  hələ də bitməyib

Avqustun 17-də Rusiya hərbçiləri Ukrayna ərazisinə həm pilotsuz uçuş aparatları, həm də raketlər buraxdılar. Odessada rusların “Şahed” tipli dronları “Nova Poçta” şirkətinə məxsus terminallardan birini və SOCAR-ın yanacaqdoldurma məntəqəsini hədəfə aldı. Nəticədə şəhərdə güclü partlayış baş verdi.
Əlbəttə ki, bu SOCAR obyektlərinin Rusiya tərəfindən ilk dəfə hədəf alınması deyil. Avqustun 7–8-də də Rusiya ordusu Odessa bölgəsində SOCAR-ın neft deposuna dron hücumu təşkil etmişdi. Hücum nəticəsində boru xətti partlamış, yanğın baş vermiş və dörd SOCAR əməkdaşı yaralanmışdı. Hadisə ilə bağlı Bakıdan Ukraynaya təcili yardım göndərilmiş, Azərbaycan hökuməti 2 milyon dollarlıq humanitar yardım ayrılmışdı.
Politoloqların fikrincə, bu addım əslində həm Ukraynanın enerji təhlükəsizliyinə, həm də Azərbaycanla Kiyev arasındakı strateji əməkdaşlığa zərbə vurmaq məqsədi daşıdığı qeyd olunur.
İndi isə Ukraynanın paytaxt Kiyev də yerləşən hədəfə alıb. İndi yox, ötən aydan!
Deməli iyul ayının 20-21-i Kiyevə atılan raket zərbəsi Azərbaycan səfirliyinin binasının ətrafında olan tikililərə endirildi.
Bu gün isə ukraynalı jurnalist Denis Kazanski açıqlamasından məlum olur ki, ötən gecə Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin 100 metrliyinə düşüb:"Azərbaycan diplomatik missiyasının yaxınlığında düşən raket yanğına və güclü partlayışa səbəb olub. Gecə Rusiya Azərbaycanın Kiyevdəki səfirliyini atəşə tutsa da, hədəfə çatmayıb. Bundan əvvəl ruslar Azərbaycanın bir neçə neft anbarını bombalamışdı. İndi onlar səfirliyə qarşı açıq-aşkar terror aktına keçiblər”.
Şox şükür ki, səfirliyimzin ətrafına düşən raketlər soydaşlarımıza zərər verməyib. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə təsdiq edib. Deyib ki, raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib:"Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir”.
Hazırda Rusiya bu mənasız müharibəni dayandırmamaqla bütün dünyaya qarşı qərəz nümayiş etdirməkdədir.
Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Avqust 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri