Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Putinin toy nəməri Trampı impiçmentə aparır?

Putinin toy nəməri Trampı impiçmentə aparır?

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kiçik Donald Trampın toy xərcinin bir hissəsinin ( toyun olduğu Baham adalarından birinin üçgünlük icarəsi və atəşfəşanlıq xərcləri) Putinə yaxın olan Umar Kremlev soyadlı ( əsl soyadı Lütfullayev) biznesmen tərəfindən ödənilməsi Putinin toya hədiyyəsi -nəməri kimi qəbul edilib. Umar Kremlev Putinə çox yaxın şəxsdir, hətta son Çin səfərində onu özü ilə bərabər Pekinə də aparmışdı. Məhkumluğu olan bu şəxs Ukrayna uşaqlarının oğurlanması işini təşkil edən “Zdorovaya Rodina” təşkilatı ilə sıx əlaqəlidir. Qeyd edək ki, dünya xüsusi xidmət orqanlarının fəaliyyətində vəzifəli şəxslərin, siyasilərin özlərinin və övladlarının cəlbedilməsi əsas istiqamətlərdəndir. Oğul Donald Trampın toyuna hədiyyə artıq ilk addım kimi dəyərləndirilə bilər. Vaxtilə müflis olmuş ata Donald Trampın da Rusiya hökümətinin pulları ilə yenidən dirçəldiyi barədə dəqiq məlumatlar yayılıb. Görünür ata Donald Tramp üzərində aparılan effektli cəlbetmə indi də kiçik Donald üzərində həyata keçirilir və əvvəlki cəlbediləni fakt qarşısında qoyur. Təsadüfi deyildir ki, Konqresdə çıxış edən demokratların nümayəndəsi konqresmen Merfi bu “toy hədiyyəsini” vətənə xəyanət kimi dəyərləndirib. ABŞ siyasi elitasında yenidən 2003-cü ildən başlanan Tramp-Putin dostluğunun detalları, Trampın Ağ Evin sahibi olması üçün Rusiyanın ona göstərdiyi dəstək nümunələri geniş müzakirələrə, araşdırmalara səbəb olub. Demokratlar Trampın şəxsi nümayəndəsi Uitkoff və kürəkən Kuşnerin ofşor hesablarını və maliyyə mənbələrini aşkar etmək üçün ciddi təhqiqatlar aparırlar. Noyabr seçkilərindən sonra Trampa qarşı impiçment prosedurunun başladılması ABŞ siyasi dairələrində hazırda ən çox müzakirə olunan məsələlərdəndir.

Respublikaçılar bu gedişlə Konqresdə hər iki palata üzərində nəzarəti itirmək riskləri qarşısında olduqlarını gizlətmirlər. Yanacaq qiymətlərinin qalxması Amerika cəmiyyətində ciddi narazılıq yaradıb, amma Tramp bu işdə də günahı Ukraynanın üzərinə atmaqla dostu Putinə əlavə xidmətlər göstərməkdə davam edir. Və xidmət bununla bitmir.

Ukraynaya qarşı apardığı işğalçı müharibəyə görə, ABŞ Konqresi, nəhayət Rusiyaya qarşı “cəhənnəm sanksyaları” layihəsini qəbul etdi. Bu layihə mərhum konqresmen Linds Qrem tərəfindən irəli sürülmüşdü və indi qüvvəyə minməsi üçün Tramp onu imzalamalıdır. Qeyd edək ki, qəbul olunmuş layihə prezident tərəfindən imzalanandan sonra o artıq Qanun statusunda olur və prezidentlər onu ləğv etmək istəsə, yenə Konqresin razılığı olmalıdır. Hiss olunur ki, Tramp imzalamaqda tələsmir. Məsələyə münasibət bildirən respublikacılar və demokratlar da Trampın çox güman tələsməyəcəyini, ən azı bir neçə gündən sonra Vaşinqtona səfər edəcək Çin Kommunist Partiyasının lideri Si Zinpin ilə görüşdən sonra qanun layihəsini nəzərdən keçirəcəyini düşünürlər. Eyni zamanda, BMT Baş Assambleyasının yaxın günlərdə başlayacağı sessiyasında Trampın körfəz ölkələrinin liderləri ilə birgə görüşü gözlənilir və böyük ehtimalla  sanksiyalar barədə imza qərarına bu görüşün yekunları da təsir edəcək.

Sanksiyalara adaptasiya olmuş Rusiyanın bundan sonra müharibəni dayandıracağı inandırıcı gəlmir. Sanksiyalar praktik olaraq Rusiyaya ciddi problemlər yarada bilər, üstəlik tərəfdaşı Çin də bu sanksiyalardan zərər görəcək deyə, Rusiyaya müharibəni bitirmək üçün təzyiq edə bilər. Amma, yenə də hər şey Trampın yanaşmasından asılıdır. Qeyd etmək lazımdır ki, yeni sanksiyaların üstünlüyü ondadır ki, Qanun layihəsi Kremlə qarşı sanksiyaların yalnız ABŞ prezidentinin Konqresə Rusiyanın hərbi əməliyyatları tamamilə dayandırdığını və Ukraynanın sülh müqaviləsi imzaladığını rəsmi şəkildə təsdiqləməsindən sonra tamamilə ləğv edilməsinə imkan verir.

 Çox vaxt tələsik, iradi qərarlar verən Tramp, nədən Rusiyaya qarşı bu sanksiyaların qüvvəyə minməsi üçün gecikir? Məsələ burasındadır ki, Ağ Evə yenidən qayıtdıqdan sonra Tramp Rusiya əleyhinə olan sanksiyaları nəinki sərtləşdirmədi, əksinə zaman-zaman yüngülləşdirdi. O, bu siyasətini onunla əsaslandırır ki, yeni sərt sanksiyalar Putinin masa arxasına keçib danışıqlar aparmasını çətinləşdirir. Yəni, Tramp hələ də Uitkoff və kürəkəninin apardığı danışıqlara üstünlük verir, baxmayaraq ki, bu şəxslərin apardığı danışıqlar uğursuz olub. Uitkoff və kürəkən Kuşnerin sonuncu səfərində Oxot dənizində birgə layihələr həyata keçirib milyardlar qazanmaq planlarını Putinə çatdıran ABŞ prezidenti sanksiyalara gedəcəkmi? Yoxsa layihə imzalanandan sonra yalnız ikinci hissə- Rusiya ilə ticarət edən ölkələrə, konkret olaraq Çin, Hindistan və Türkiyəyə rüsum hücumları edəcək?

Tramp faktiki olaraq istər daxili siyasət, istərsə də xarici siyasət sahəsində uğur qazana bilməyib və noyabr seçkilərinə demək olar ki, boş əllə gedir. Bir ay ərzində isə onun nə Ukrayna müharibəsində, xüsusilə İranla qarşıdurmada hansısa bir üstünlük qazanması real görsənmir.

İlham İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:325
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Sentyabr 2026 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see577

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see490

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see443

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see314

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see300

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see293

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see282

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see272

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see255

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see247

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see239

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see226

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see224

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see201

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see196

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see195

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see193

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see178

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see177

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri