Icma.az
close
up
RU
Putinlə görüş: Paşinyan əlidolu qayıdıb?

Putinlə görüş: Paşinyan əlidolu qayıdıb?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Rusiya Prezidenti arasında gözlənilən görüş baş tutub. 

Vladimir Putin “Dünya Atom Həftəsi” adlı beynəlxalq forumda iştirak etmək üçün Moskvaya gəlmiş Nikol Paşinyanı sentyabrın 25-də Kremldə qəbul edib. 

Nikol Paşinyan görüşün nəticələri barədə açıqlamasında diqqəti daha çox atom enerjisi sahəsində Ermənistan və Rusiya arasında əməkdaşlıq məsələlərinə yönəldib. “Biz Rusiya ilə sıx əməkdaşlıq edirik və Ermənistan Atom Elektrik Stansiyasının ömrünü 2036-cı ilə qədər uzatmaq üçün çalışırıq. Hazırda biz Ermənistan üçün uyğun kiçik modul atom elektrik stansiyası layihələri üzərində işləyirik və müəyyən edirik”,-deyə Ermənistanın Baş naziri bildirib. 

Lakin danışıqlarda hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətinin iştirak etməsi müzakirələrin gündəliyinin geniş olmasından xəbər verir.

Qeyd edək ki, son iki ayda Rusiya-Ermənistan münasibətlərində ciddi fikir ayırlığına səbəb olan proseslər baş verməkdədir. Bu baxımdan, Moskva ilə İrəvan arasında narazılığın olmadığına dair rəylər mübahisəli görünür. 

Xüsusilə də avqustun 8-də Zəngəzurdan “Tramp marşrutu”nun açılmasına dair Vaşinqtonda əldə olunmuş razılaşma Rusiya-Ermənistan münasibətlərində ciddi problemlərdən birinə çevrilib. Ona görə də bu məsələ ilə bağlı mübahisələrə Putin-Paşinyan görüşündən sonra aydınlıq gətiriləcəyi gözlənilirdi. Tərəflərin Zəngəzur dəhlizi məsələsində razılıq əldə edib-etmədiyi barədə hələlik məlumat yoxdur. 

Ancaq Rusiya Dəmir Yolları QSC-nin Oleq Belozerovun danışıqlarda iştirak etməsi “Tramp marşrutu”nun müzakirə edildiyini göstərir. Xatırladaq ki, Ermənistan 2008-ci ildə Cənubi Qafqaz Dəmir Yollarının 30 il müddətinə Rusiyanın konsessiyasına keçməsi barədə müqavilə imzalayıb. Artıq 18 ildir ki, CQDY Rusiya Dəmir Yolları QSC-nin törəmə şirkətidir. İndi Nikol Paşinyan hökumətinin Zəngəzur dəhlizindən keçən dəmir yolunu amerikalıların idarəçiliyinə verməsi görünür, Rusiyanın etirazına səbəb olub. 

Çox güman ki, görüşdə Paşinyana bu məsələnin ilk növbədə Rusiya ilə razılaşdırılmalı olduğu xatırladılıb. Bundan başqa, Kreml Zəngəzur dəhlizinin təhlükəsizliyinin ABŞ şirkətinə həvalə edilməsinə qarşıdır. 

Moskva hesab edir ki, Ermənistan 2020-ci il 10 noyabr Bəyanatına uyğun olaraq dəmir və avtomobil yollarının Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin edilməsi ilə bağlı öhdəliyi yerinə yetirməlidir. 

“Tramp marşrutu” məsələsi Rusiya ilə Ermənistan arasında yalnız ikitərəfli münasibətlərdə deyil, həm də çoxtərəfli əməkdaşlıq platforması olan Avrasiya İqtisadi Birliyi daxilində ziddiyyət yaradıb. Moskva hesab edir ki, Ermənistan “Tramp marşrutu”nu amerikalıların idarəçiliyinə verməklə Avarsiya İqtisadi Birliyinin və Gömrük İttifaqının ərazisində parçalanma yaradır. 

Çünki ABŞ şirkətləri dəhlizdə AİB-nin gömrük və tranzit qaydalarını tətbiq etməyəcək. Ermənistanın şimalında və cənubunda fərqli gömrük qaydalarının tətbiqi AİB-in ərazisini ikiyə bölə bilər. Mehridəki AİB və İran arasında yaradılmış azad iqtisadi zonanın da amerikalıların nəzarətinə keçmək ehtimalı var. 

Putinlə Paşinyanın görüşündə əsas problemlərdən biri kimi bu məsələnin müzakirə edildiyi şübhə doğurmur. Bu yaxınlarda Ermənistana səfər etmiş Rusiya Baş nazirinin müavini Aleksey Overçukun görüşdə iştirakı da bununla bağlıdır. 

İki ölkə arasında nüvə enerjisi sahəsində əməkdaşlığın ön planda dayanmadığını demək olmaz. Çünki Rusiya Cənubi Qafqazda əsas strateji obyektlərindən biri olan “Metsamor” AES-in istifadə müddətini mümkün qədər uzatmağa çalışır. Bu obyekt Rusiyanın Ermənistanda mövcudluğunu təmin edən əsas amillərdən biridir. Hazırda ciddi elektrik enerjisi qıtlığından əziyyət çəkən Ermənistan isə bu sahədə Rusiyadan asılı vəziyyətdədir. 

Ermənistanda elektrik enerjisi əhaliyə saatla verilir. Nikol Paşinyan vəziyyətdən çıxış yolunu kiçik modul atom elektrik stansiyasının inşasına razılıq verməkdə görür. Lakin Paşinyan hökuməti bu məsələdə yalnız Rusiyanın deyil, Qərbin də enerji layihələrinə müsbət baxır. Yəni amerikalıların da Ermənistanda AES inşa etmək və eyni zamanda, bərpa olunan enerji istehsalına investisiya qoymaq istəyi barədə məlumatlar var. 

Məsələ burasındadır ki, Qərb Ermənistandan ilkin şərt kimi “Metsamor” AES-i bağlamağı və “Rosatom” şirkətini ölkədən çıxartmağı tələb edir. Hətta Nikol Paşinyanın 2024-cü il aprelin 5-də ABŞ Dövlət katibi və Avropa Komissiyasının sədri ilə keçirdiyi üçtərəfli qapalı sammitdə məhz Ermənistan qarşısında AES-i bağlamaq şərtini irəli sürdüyü məlum olmuşdu. 

Nikol Paşinyan isə enerji mənbələrinin diversifikasiyasına Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla nail olmaq istəyir. Yəni sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılmasından sonra Ermənistan həm Azərbaycandan, həm də Türkiyədən elektrik enerjisi idxal etməklə Rusiyanın asılılğını minimuma endirə bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri