Putinlə telefon danışığında Orban əsirləri dəyişməyi, atəşkəs elan etməyi təklif edib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Macarıstan Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı ona Yeni il ərəfəsində Milad atəşkəsi elan etmək və böyük həcmdə əsir mübadiləsini həyata keçirməyi təklif edib.
APA xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva Macarıstan səfirliyi vasitəsilə Ukraynaya mübadilə ilə bağlı təkliflərini göndərib. “Kiyevin reaksiyasına əsasən Ukrayna təklifi rədd edib”, - Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.
O əlavə edib ki, Ukraynada sülhün əldə edilməsi ilə bağlı məsləhətləşmələr davam edəcək və Moskva Orbanın təşəbbüsünü dəstəkləyib.
Qeyd edək ki, ötən gün Macarıstan Baş naziri ilə Rusiya Prezidenti arasında telefon danışığı baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 12 Dekabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















