Icma.az
close
up
RU
Putinlə Tramp danışıb, prezidentlərin söhbət 1,5 saat davam edib

Putinlə Tramp danışıb, prezidentlərin söhbət 1,5 saat davam edib

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Kreml Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında 1,5 saatlıq telefon danışığı olduğunu və iki liderin təmaslarını davam etdirmək qərarına gəldiyini açıqlayıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov Putin və Tramp arasında bu gün baş tutan telefon danışığı ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlama verib.

Peskov bildirib ki, iki lider məhbus mübadiləsi məsələsini müzakirə ediblər: “Tramp Amerika tərəfinin əldə edilmiş bütün razılaşmaları yerinə yetirəcəyinə zəmanət verib”, - deyə o qeyd edib.

Putinin Trampa ABŞ rəsmilərini Rusiyada qonaq etməyə hazır olduğunu bildirdiyini deyən Peskov, heyətlərin Ukrayna məsələsi də daxil olmaqla iki ölkənin ortaq maraqlarını əhatə edən məsələləri müzakirə edə biləcəklərini bildirib.

Peskov Putinin Trampı Moskvaya dəvət etdiyini də vurğulayıb. “Putin və Tramp görüş zamanı Ukrayna məsələsini müzakirə edərkən, şəxsi təmasları, o cümlədən üzbəüz görüşləri davam etdirmək qərarına gəliblər”, - deyə Kremlin mətbuat xidmətinin rəhbəri bildirib.

dedi.

Peskov iki liderin Yaxın Şərqdəki hadisələrlə bağlı da məsləhətləşdiklərini deyib: “İranın nüvə proqramı və Rusiya ilə ABŞ arasında iqtisadi əlaqələr də müzakirə olunub. Bu, təxminən 1,5 saat davam edən uzun telefon danışığı olub”, - deyə o qeyd edib.

ABŞ prezidenti Tramp Rusiya prezidenti Putinlə telefon danışığı ilə bağlı “Truth sosial” media platformasında açıqlama verib.

Putinlə uzun və məhsuldar telefon danışığı keçirdiklərini və ortaq sahələrlə bağlı bir çox mövzunu müzakirə etdiklərini bildirən Tramp, ABŞ və Rusiya ilə birlikdə çalışmağın hər iki ölkəyə fayda verəcəyini bildirib.

Tramp: “İlk növbədə, hər ikimiz razılaşdıq ki, Rusiya-Ukrayna müharibəsində baş verən milyonlarla ölümü dayandırmaq istəyirik. Biz çox yaxından işləmək, o cümlədən bir-birimizi ziyarət etmək barədə razılığa gəldik. Biz həmçinin razılaşdıq ki, komandalarımız müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlasın. Biz Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng etməklə başlayacağıq ki, ona bu görüş barədə məlumat verək”, - deyə ABŞ prezidenti qeyd edib.

Tramp yazıb ki, ABŞ tərəfi Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlara dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff, milli təhlükəsizlik müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoffun qatılacaq.

Tramp Putinə təşəkkür edib: “Mən prezident olsaydım, yaşanmayacaq müharibədə milyonlarla insan həlak olmazdı, amma bu müharibə indi bitməlidir. İnanıram ki, bu səy tezliklə uğurlu nəticəyə gətirib çıxaracaq”, - deyə bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Fevral 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri