Icma.az
close
up
RU
PXDU nun Azərbaycan dili ixtisası tələbələri təhsillərini Bakıda davam etdirəcəklər

PXDU nun Azərbaycan dili ixtisası tələbələri təhsillərini Bakıda davam etdirəcəklər

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pekin, 17 sentyabr, AZƏRTAC

Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri 2025-2026-cı tədris ilində Bakıda təhsil alacaqlar.

AZƏRTAC xəbər verir ki, universitetin qaydalarına uyğun olaraq, xarici dil ixtisaslarında təhsil alan tələbələr 3-cü kursda təhsil aldıqları dilin aid olduğu ölkədə oxumalıdırlar. Bu qaydaya əsasən təhsil ocağının Azərbaycan dili ixtisası üzrə tələbələri cari tədris ilində PXDU-nun əməkdaşlıq etdiyi Bakı Dövlət və Xəzər universitetlərində oxuyacaqlar. Tələbələr sentyabrın 17-də Bakıya yola düşüblər. Pekinin “Paytaxt” beynəlxalq hava limanında tələbələri yola salanlar arasında PXDU-nun Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, kafedranın müəllimləri, tələbələrin valideynləri olub.

AZƏRTAC-ın müxbiri ilə söhbətində tələbələr dilini öyrəndikləri ölkədə təhsil almağa yollandıqları üçün sevindiklərini bildirdilər. Onlar tədris ili müddətində dil biliklərini təkmilləşdirmək üçün səylə çalşacaqlarını, habelə Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklərini, yeni dostlar qazanacaqlarını ümid etdiklərini deyiblər.

Qeyd edək ki, Çinin dövlət qurumları, xüsusən də Xarici İşlər Nazirliyi üçün kadrlar hazırlayan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çinin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildə ümumrespublika imtahanı əsasında Azərbaycan dili ixtisasına qəbul aparılıb və 9 tələbə dörd il ərzində Azərbaycan dilini öyrənərək, Çinin ilk azərbaycanşünas kadrları olub. Onların böyük əksəriyyəti magistratura təhsilini bitirərək, müxtəlif sahələrdə çalışırlar. Çinin ilk azərbaycanşünaslarından ikisi magistr təhsilini Bakıda alıqdan sonra PXDU-nun Azərbaycan dili kafedrasında müəllim kimi işləməyə başlayıblar.

Çinin Təhsil Nazirliyinin qərarı ilə 2023-cü ildə yenidən Azərbaycan dili ixtisasına qəbul keçirilib. Hazırda 8 tələbə bakalavr təhsil pilləsi üzrə Azərbycan dili ixtisası üzrə təhsil alır.Tələbələr Azərbaycan dili kafedrasının ölkəmizlə bağlı həyata keçirdiyi müxtəlif layihə və tədbirlərdə yaxından iştirak ediblər. “Nəsimi İli”ndə “Azərbaycan dili və ədəbiyyatı sərgisi”nin təşkilində fəallıq göstəriblər, “Nizami Gəncəvi İli”ndə isə dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi münasibətilə çap olunmuş “Nizami irsi” jurnalında tələbələrin 11 araşdırma məqaləsi və tərcümə işi işıq üzü görüb. Bundan başqa, tələbələr, 1-ci Çin azəbaycanşünaslıq beynəlxalq elmi konfransının və 1-ci Çin-Azərbaycan Gənclər Forumunun təşkilində yaxından iştirak ediblər. Tədris dövründə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində olub, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli və başqaları tələbələrə mühazirə oxuyublar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see294

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see261

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see236

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see226

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see212

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see205

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see191

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see181

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see174

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see155

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see153

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see148

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see148

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see147

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see146

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see141

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see141

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri