Icma.az
close
up
RU
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Qazaxıstanda davam etdirəcəklər AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Qazaxıstanda davam etdirəcəklər AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri təhsillərini 2024-2025-ci tədris ilinin yaz semestri ərzində Qazaxıstan Respublikasının Almatı şəhərində fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində davam etdirəcəklər.

Bu barədə AZƏRTAC-a İlahiyyat İnstitutundan məlumat verilib.

Mübadilə “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında 2021-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilib. Əməkdaşlıq müqaviləsinə əsasən, sayca 4-cü tələbə mübadiləsi çərçivəsində Aİİ-nin “İslamşünaslıq” ixtisasının III kurs tələbələri – Əli Nəzərov və Turqut Alışov “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində bir semestr ərzində ərəb dilində təhsil alacaqlar.

“Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində rektor Əhməd Həsən Məhəmməd İbrahimin tələbələr və Aİİ-nin xarici əlaqələr üzrə baş mütəxəssisi Şahin Ələsgərovla görüşü təşkil olunub. Görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyinin müşaviri və Almatı şəhərindəki konsulu Anar Hüseynzadə ilə tələbələrin görüşü olub. A.Hüseynzadə tələbələrə təhsillərində uğurlar diləyib, Aİİ-nin bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib.

Daha sonra Aİİ-nin nümayəndə heyətinin “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti İslamşünaslıq fakültəsinin dekanı Məhəmməd Vardani, Akademik işlər üzrə şöbənin müdiri Maxmet Muratxan, Təhsil məsələləri və sosial inkişaf şöbəsinin müdiri Şaizan Bauyrjan və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Talifa Maratkızı ilə görüşü keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri