525 ci qəzet İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri təhsillərini 2024/2025-ci tədris ilinin yaz semestri ərzində Türkiyə Respublikasının İstanbul 29 Mayıs Universitetində davam etdirəcəklər.
Aİİ-dən 525.az-a bildirilib ki, mübadilə İstanbul 29 Mayıs Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında 2018-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir.
Əməkdaşlıq müqaviləsinə əsasən, artıq dördüncü tələbə mübadiləsi çərçivəsində Aİİ-nin dinşünaslıq ixtisasının III kurs tələbələri – Sadiq Babayev və Murad Feyzullayev İstanbul 29 Mayıs Universitetində bir semestr ərzində təhsil alacaqlar.
İstanbul 29 Mayıs Universitetində rektor Mustafa Sinanoğlunin, İdarə Heyətinin sədri Tayyar Altıkulaçın tələbələrlə və Aİİ-nin xarici əlaqələr üzrə mütəxəssisi Şəms Bağırova ilə görüşü təşkil olunub. Görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra Aİİ-nin nümayəndə heyətinin İstanbul 29 Mayıs Universiteti İlahiyyat fakültəsinin dekanı Ahmet Yücel, Tələbələrə dəstək şöbəsinin müdiri və Oğlan tələbə yataqxanasının müdir müşaviri Ahmet Ali Tonyalı ilə görüşü keçirilib.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 18 Fevral 2025 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















