Icma.az
close
up
RU
Pxenyan və Seul barışır?

Pxenyan və Seul barışır?

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Seul KXDR ilə barışmaq istəyir. Qeyd edək ki, Cənubi Koreyanın “Yonhap” agentliyinin məlumatına görə, Koreya Respublikasının Prezidenti Li Çje Myon hər iki tərəfin maraqlarına uyğun olaraq KXDR ilə sülh danışıqları aparmaq niyyətindədir.

Agentlik qeyd edib ki, Li Çje Myon administrasiyası Koreya yarımadasında sülhün təmin edilməsi üçün hər hansı eqoist maraqlardan deyil, həm Cənub, həm də Şimal üçün sabitlik və firavanlıq naminə fəal tədbirlər görməyə hazırlaşır. Beləliklə, yeni hökumətin bu istiqamətdə əsas hədəfi  Koreya yarımadasında düşmənçilik və qarşıdurma dövrünü geridə qoymaq və sülh, sabitlik və təhlükəsizliyi bərqərar etməkdir. Bu məsələ bir müddətdir ki, gündəmdədir. Əvvəlcə bu məsələ nazirlik səviyyəsində gündəmə gətirilmişdi. İyulun 28-də Cənubi Koreyanın Birləşmə Nazirliyinin mətbuat katibi Koo Byunh-sam  jurnalistlərə açıqlamasında bildirmişdi ki, Cənubi Koreya hökuməti KXDR ilə münasibətlərdə gərginliyi azaltmağa çalışacaq, xüsusilə də Koreyalararası barışıq və əməkdaşlığa, həmçinin Koreya yarımadasında qarşılıqlı sülhə nail olmaq üçün səy göstərəcək. Nazir iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində əlavə addımların atılmasının zəruriliyini vurğulayıb. Yeni hökumət Şimali Koreya ilə sərhəddə hərbi fəaliyyəti dayandıran qarşılıqlı razılaşmanı yeniləməyi də planlaşdırır.

Sülh mümkündür?

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, KXDR ilə Koreya Respublikası arasında sülh və barışıq qeyri-mümkündür. “Cənubi Koreya KXDR ilə barışıq istəyə bilər, amma əsas məsələ burasındadır ki, burada reallığı nəzərə almaq lazımdır. Reallıq budur ki, hər iki tərəf yetmiş ildən çoxdur ki, bir-birinə qarşı düşmən mövqedədir. Əgər hər hansı barışıqdan söhbət gedirsə, onda gərək hər iki tərəf arasında diplomatik münasibətlər qurulsun, sərhədlər açılsın və Şimal və Cənub arasında gediş-gəliş təmin olunsun. Sərhədlərin açılacağı və gediş-gəlişin təmin olunacağı halda KXDR-nin casusları Cənubi Koreyaya, Koreya Respublikasının casusları isə Şimali Koreyaya axın edəcək. Bu isə nə Şimali Koreyaya, nə də Cənubi Koreyaya sərf etmir. Eyni zamanda, burada bir məqamı da nəzərə almaq lazımdır ki, Şimali Koreyadakılar cənuba axın edərkən oradakı fərqli sosial həyatı və yaşam səviyyəsini, belə demək mümkünsə, yüksək səviyyəli inkişafı görüb dünya görüşləri dəyişəcək. Sözsüz ki, Şimali Koreya bunu heç vaxt istəməz. Bu səbəbdən, KXDR ilə Koreya Respublikası arasında sülh və barışığın bərqərar olunması inandırıcı görünmür,” - deyə S.Hümbətov vurğulayıb.

Tramp yenidən Koreya məsələsinə qayıda bilər

Politoloq İlyas Hüseynov qəzetimizə şərhində bildirib ki, hər iki tərəf arasında sülh təşəbbüsləri irəli sürülə bilər. “Şimali Koreya ilə Cənubi Koreya arasında çox dərin problemlər var. İstər siyasi, istərsə iqtisadi-texnoji, istərsə də ideoloji baxımdan hər iki tərəf arasında fərqliliklər mövcuddur. Xüsusilə, KXDR-nin ballistik raketlər istiqamətində tədqiqatları, hərbi-siyasi gücünü və qüdrətini daha da artırması Cənubi Koreyanın təhlükəsizliyinə təhdidlər yaradır,” - deyə İ.Hüseynov vurğulayıb. Ekspert qeyd edib ki, əgər hər iki tərəf arasında sülh və barışıq bərqərar olarsa, bu, yarımadada sabitliyə müsbət təsir göstərə bilər. “Trampın birinci hakimiyyəti dövründə ABŞ ilə KXDR arasında dialoq aparılırdı. Bu dialoq müəyyən mənada effektli nəticələrə gətirib çıxardı. Trampın yenidən Koreya məsələsinə qayıtması istisna deyil. Dünyanın müxtəlif regionlarında münaqişələrin həlli üçün Trampın sülh təşəbbüsləri ilə çıxış etdiyi bir zamanda Cənubi Koreyanın Prezidenti Li Çje Myonun Şimali Koreya ilə barışıq istəməsi təsadüfi ola bilməz. Cənubi Koreya Qərb, Şimali Koreya isə Rusiya ilə yaxın münasibətləri ilə seçilən ölkələrdir. Rusiya-Ukrayna münaqişəsinin nizamlanması fonunda KXDR ilə Koreya Respublikası arasında sülh və barışıq istiqamətində müəyyən addımların atılması mümkündür”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Avqust 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see683

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see374

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see238

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see189

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see188

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see183

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see182

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see182

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see181

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see177

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see176

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see173

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see172

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see170

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri