Qab yuyan vasitə bu 5 əşyanı məhv edə bilər Çoxlarının etdiyi səhv
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Qab yumaq üçün nəzərdə tutulan maye vasitələr yağ və çirki təmizləməkdə təsirli olsa da, bütün səthlər üçün uyğun deyil. Onlardan yanlış istifadə bəzi əşyaların zədələnməsinə və məişət texnikasının sıradan çıxmasına səbəb ola bilər.
Lent.az qab yuyan vasitə ilə təmizlənməsi tövsiyə olunmayan beş əşyanı açıqlayır.
Taxta mebellər
Qab yuyan vasitənin tərkibindəki maddələr taxtanın qoruyucu təbii yağlarını təmizləyə bilər. Nəticədə mebel quruyur, parlaqlığını itirir, zamanla çatlayır və formasını dəyişir. Bundan başqa, səthdə qalan vasitə izləri rəng dəyişikliyinə səbəb ola bilər. Təmizlik mütəxəssisi Stefani Fillips taxta mebellər üçün xüsusi cilalayıcı vasitələrdən istifadə etməyi məsləhət görür.
Dəri məmulatları
Qab yuyan maye dərinin təbii yağlarını da təmizləyir. Bu isə materialın qurumasına, sərtləşməsinə və çatlamasına gətirib çıxara bilər. Dəri çantalar, divanlar və digər məmulatlar üçün xüsusi təmizləyici və yumşaldıcı vasitələr tövsiyə olunur.
Xalçalar
Qab yuyan vasitəni xalçanın liflərindən tam təmizləmək çətindir. Qalan sabun izləri daha çox toz və çirk toplaya bilər. Mütəxəssis xalçalar üçün xüsusi təmizləyicilərdən, bioloji mənşəli ləkələr üçün isə ferment əsaslı vasitələrdən istifadə etməyi məsləhət görür.
Paltaryuyan maşın
Qab yuyan mayeni paltaryuyan maşında toz və ya gel əvəzinə istifadə etmək olmaz. Həddindən artıq köpük maşının işində nasazlıq yarada, paltarların yaxşı yuyulmamasına və üzərində sabun qalıqlarının qalmasına səbəb ola bilər.
Qabyuyan maşın
Adi qab yuyan maye qabyuyan maşın üçün də uyğun deyil. Çoxlu köpük cihazın normal işləməsinə mane ola bilər. Qabyuyan maşınlar üçün xüsusi, az köpüklənən vasitələr hazırlanır. Belə vasitə yoxdursa, qabları əllə yumaq daha məqsədəuyğundur.
Mütəxəssislər bildirirlər ki, təmizlik zamanı hər materiala uyğun vasitə seçmək həm əşyaların ömrünü uzadır, həm də əlavə xərcin qarşısını alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 27 Noyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















