Qabil Hüseynli: Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər
Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Erməni tərəfi indiyə qədər konstitusiyalarına dəyişiklik etmək haqqında çox az danışırdı, hətta bir çox hallarda bu məsələdən söz açmırdılar. Ancaq baş nazir Nikol Paşinyanın son günlər Ermənistan konstitusiyasının dəyişdirilməsi haqqında fikirləri məndə yaxşı mənada təəccüb yaradıb”.
Bunu Reyting.az-a professor Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, N. Paşinyan indi açıq şəkildə deyir ki, bu ali sənədləri dəyişdirilməlidir, bunu bu il də etmək olar.
“Paşinyan qeyd edir ki, köhnə dünya ilə yaşamaq olmaz, yeni dünyaya baxmaq və buna uyğun hərəkət etmək lazımdır, Ermənistan qonşuları ilə normal münasibətlər qurmaldır və s. Əslində bu çox yaxşı mövqedir. Çünki Azərbaycan da bölgədə sülh və əmin-amanlığın olmasında, qonşular arasında normal münasibətlərin yaranmasında maraqlıdır”, - Q. Hüseynli bildirib.
Professor əlavə edib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı konkret ərazi iddiası var və əsassız iddialar aradan qaldırılmalıdır. Onun sözlərinə görə, belə bir addım Azərbaycan və Ermənistan arasında sülhü yaxınlaşdıra bilər.
Q. Hüseynlinin fikrincə, N. Paşinyanın davranışları göstərir ki, normal siyasətçidir və ölkəsini irəli aparmaq istəyir:
“Biz bir zamanlar Ermənistana rəhbərlik etmiş Köçəryan və Sarksiyanın da fikirlərini bilirik. Onlar müharibənin, regionun alovlanmasının və qan axıdılmasının tərəfdarlarıdır. Əlbəttə, belə bir imkan onlara verilməyəcək. Çünki Azərbaycanın güclü ordusu var, dövlətimiz inkişaf edir və iradəli prezidenti iş başındadır. Odur ki, Ermənistanda revanşist ünsürlər bu barədə ciddi düşünməlidirlər. Bizdə istəyirik ki, bölgəmizdə sülh yaransın, iqtisadi əlaqələr qurulsun, insanlar rahat və firavan yaşasınlar”.
Y. QACAR
Bu mövzuda digər xəbərlər:Bu il Konstitusiya dəyişikliyi olmayacaq Əli Hüseynli
24 Yanvar 2025 17:26
“Azərbaycan tərəfi Türkiyədən “S 400” raketlərini istəyibmi?..” Qabil Hüseynli
20 Dekabr 2025 18:22
Qabil Hüseynli: Trampın əleyhinə aksiyalar başlaya bilər
03 Mart 2025 18:09
“Azərbaycan Ermənistanı sülhə məcbur edə bilər”
05 Noyabr 2024 11:04
Baxış sayı:70
Bu xəbər 21 Fevral 2025 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















