Icma.az
close
up
RU
Qabil Hüseynli: Trampın əleyhinə aksiyalar başlaya bilər

Qabil Hüseynli: Trampın əleyhinə aksiyalar başlaya bilər

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“ABŞ prezidenti Donald Tramp hər an fikrini dəyişə bilən fiqurdur. Biz onun əvvəlki prezidentliyi dövründə də fikirlərini tez-tez dəyişdiyinin şahidi olurduq. Bu hallar yenə də baş verə bilər. İndi bir sıra dünya mediasında Donald Trampın Rusiyaya yaxınlığı, hətta ona bağlı olması haqqında fikirlər və iddialar səslənir, materiallar yayılır. Donald Trampın əvvəlki prezidentliyi dövründə də Rusiya lideri Vladimir Putinlə əlaqəsi var idi, görüşüb müzakirələr aparmışdı, sözsüz ki, belə əlaqələr indi də mövcuddur”.
Bunu Reyting.az-a professor Qabil Hüseynli deyib.
Qabil Hüseynli xatırladıb ki, hələ keçən dəfəki prezidentlik müddəti zamanı Trampın seçilməsində “Rusiya izi” kimi cinayət işləri olub, bu məsələ hətta məhkəməyə qədər gedib: “Bu dəfə də onun prezident seçilməsində Rusiyanın kiber fəaliyyətinin olması, maliyyə axıdılması kimi məsələlərin səsləndirilməsi mümkündür. Amma ümumilikdə Tramp çox hiyləgər siyasətçidir və bundan sonra da oyun oynamaqda davam edəcək. Sözsüz ki, onun oyunları həm də Rusiyanın nəfinə olacaq. Eynən Ukrayna ilə bağlı oynadığı oyun kimi”.
Q. Hüseynlinin sözlərinə görə, xristian kotolik dünyası və Avropa Trampın əleyhinə mövqe tutur və mümkündür ki, ABŞ-da ona qarşı etirazlar həyata keçirilsin və bu, getdikcə güclənsin: “Belə ehtimalları da gözardı etmək olmaz. Aydındır ki, prezident Trampın açıq şəkildə Rusiyanın xeyrinə fəaliyyəti çətin olacaq. İndi Avropa ölkələri və digər dövlətlər bir şəmsiyyə altında toplaşırlar. Fikrimcə, onların fəaliyyəti Ukraynanın xeyrinə olacaq”.
Professor sonda əlavə edib ki, ABŞ olmadan da Avropa ölkələrinin dəstəyi ilə Ukrayna Rusiyaya müqavimət göstərə bilər: “Nəzərə almaq lazımdır ki, müharibə artıq üçüncü ilini tamamlayıb və indi Rusiya da əvvəlki qədər güclü deyil. Hazırda Avropada Ukraynaya dəstək Böyük Britaniyanın liderliyi altındadır. Bu proses bir qədər davam etdikdən sonra, məncə, Trampın mövqeyində yumşalma ola bilər”.
Y. QACAR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Mart 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri