Qaçırılan 10 yaşlı qız idman çantasının içində tapıldı
Icma.az, Azpost portalına istinadən məlumat verir.
ABŞ-ın Kanbi şəhərində qaçırılan 10 yaşlı qız şübhəlinin evində, şkafda gizlədilmiş idman çantasının içərisində sağ vəziyyətdə aşkarlanıb.
Azpost.info bildirir ki, bu barədə “Oregon Live” nəşri məlumat yayıb.
Uşağın qaçırılmasında 35 yaşlı Vins Edqar Çaves şübhəli bilinir. İlkin məlumata görə, oktyabrın 29-da kişi iki bacının – 10 və 12 yaşlı qızların olduğu mənzilə daxil olub. O, böyük bacının başına çəkiclə zərbə endirdikdən sonra kiçik qızı özü ilə aparıb.
Qonşular hadisə zamanı mənzildən səs-küy, ayaq səsləri və uşaqların qışqırıqlarını eşitdiklərini bildiriblər.
Hadisə yerinə gələn polis əməkdaşları başından xəsarət almış 12 yaşlı qızı mənzildə aşkarlayıblar. O, təcili tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.
Qaçırılan uşağın axtarışlarına valideynləri ilə yanaşı, Federal Təhqiqatlar Bürosu (FTB), Oreqon ştatının polisi, Klakamas dairəsinin xüsusilə ağır cinayətlərin araşdırılması qrupu və ABŞ Marşallar Xidməti də qoşulub.
Hüquq-mühafizə orqanları şübhəlinin yerini müəyyən edə biliblər. Onun evində axtarış zamanı itkin düşmüş qız tapılıb. Uşaq şkafda gizlədilmiş idman çantasının içərisində olub və yapışqan lentlə bağlanmış vəziyyətdə aşkarlanıb.
Qız tibbi müayinə üçün xəstəxanaya aparılıb.
Polis əməkdaşları evə yaxınlaşarkən Çaves arxa qapıdan qaçmağa cəhd edib. Lakin o, saxlanılıb.
Nadir
Post navigationPrevious: Rusiya Fars körfəzi ilə bağlı hərəkətə keçir – Moskva nə təklif edir?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 02 Noyabr 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















