Qadağan olunmuş radio yayımı Dinləyənləri 5 il həbs gözləyir
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Seulda Özgür Kuzey Koreya radiosunun rəhbəri Li Si-yunq 20 ildir Şimali Koreyanın 26 milyon sakininə real vaxt rejimində xəbər çatdırmağa çalışır.
Sherg.az xəbər verir ki, hər gün iki saat ərzində Li Si-yunq və həmkarları senzurasız xarici xəbərləri avtoritar Şimali Koreyaya yayımlayırlar. Bu radio yayımını dinləyərkən yaxalanan şəxslər həbs olunur. Onları 5 ilədək həbs gözləyir.
ABŞ və Cənubi Koreyada ictimai vəsaitlə maliyyələşən böyük media qurumlarının bu il büdcə kəsintiləri və siyasət dəyişikliyi səbəbilə yayımı dayandırması, işinə dair böhran hissi yaratdığını deyir.
“Associated Press”ə danışan, Şimali Koreyadan qaçmış bir mühacir və FNK rəhbəri Li belə deyib:
“ABŞ və Cənubi Koreya hökumətlərinin yayımları dayandırmasına dair məyusluğumuz artır. Şimali Koreya xalqının tərk edildiyindən qorxuruq”.
Şimali Koreyada bütün radio və televiziya cihazları dövlət kanallarına bağlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 25 Noyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















