Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

Survivor dan qazancı məlum oldu

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

Azər Qasımlının məhkəməsi başlayıb

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

Putin Ərdoğana təşəkkür edib

Yaponiyada güclü zəlzələ baş verib

UNFCCC in Katibliyinin üzvü: COP29 un sədrliyi COP30 un Gündəliyinin qəbul olunmasında körpü rolu oynadı

Xameneyi: Döyüş başlayır

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

Yenidən B seriyasında işləyəcək

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

Həkim: “Coca Cola Zero” infarkt və insult riskini artıra bilər

Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq

Tofiq Musayev: Kiminləsə döyüşdən imtinanı özümə yaraşdırmıram

“Qadın düşünür ki, yanını böyütsə, kişi ona daha çox pul xərcləyəcək” RÖVŞANƏ AĞASƏFQIZI

“Qadın düşünür ki, yanını böyütsə, kişi ona daha çox pul xərcləyəcək” RÖVŞANƏ AĞASƏFQIZI

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

"Azxeber Media”nın "Gəl danış" rubrikasının növbəti qonağı tanınmş teleaparıcı Rövşanə Ağasəfqızıdır.


"Bu gün ənənəvi televiziya bütün hallarda internet televiziyalarına uduzur"

- Bir ildir ki, efirlərdən uzaqsınız. Qısa zaman öncə isə sizi "Youtube" üzərindən yayımlanan kanalda yenidən aparıcı kimi gördük.

Bu gün sosial media seqmenti o qədər geniş vüsət alıb ki, biz efirlərdə olmasaq da tamaşaçının yadından çıxmırıq. İstəsək də, istəməsək də hər zaman gündəmdə qalırıq. Bütün sosial şəbəkələr və oradakı fərqli-fərqli paylaşımlar ilə insanlarla ünsiyyətdə olmağı sevirəm. Bunu mənə yaxın olan hər kəs bilir. Bunun üçün hazırda ən azad meydan sosial mediadır. Ünsiyyətcil olmağım və fikirlərimi azad şəkildə söyləməyim, prinsipiallığım və mövqeyim mənə imkan verdi ki, unudulmayım. Hər nə qədər uzaq qalsam da, zamanla anladım ki, mən televiziyaçıyam, peşəmə bağlıyam. Kamera, mikrafon, işıq, rejissor, jurnalistika bunlar mənim həyatımdır və məni xoşbəxt edən sahədir. Təbii ki, başqa sahədə də çalışıram. Bu gün ənənəvi televiziya bütün hallarda internet televiziyalarına uduzur. Çünki bu gün insanların saatlarla televiziya izləmək üçün asudə vaxtları yoxdur. Mənə televiziyadan yaxşı təklif gəlsə məmnuniyyətlə dəyərləndirərəm. Amma gələn təkliflərin hamısında demək olar ki, reytinqə, şouya hesablanan söhbətlər, qalmaqallar olduğu üçün mənim statusuma, yaşıma, təcrübəmə uyğun gəlmir. Bunları mən 20-30 yaşlarımda etmişəm. İndi bunu etməyi doğru hesab etmirəm. Şounun öz aparıcıları var. Zamanla mən də reytinq üçün şoulara üstünlük vermişəm, amma o mənim istədiyim deyildi.

- Sizi heç zaman toy bazarında görə bilməməyimizin səbəbi nədir?

Ümumiyyətlə mən heç zaman şou-biznesdə omamışam, heç vaxt da toy aparmamışam. Mənim efirlərim bəzən şou efirləri olsa da, bunu tamaşaçı üçün etmişik. Düşünmüşük ki, onun üçün maraqlı olar, reytinq də gələr. Toy aparıcılığı mənim barmaqarası baxdığm bir iş deyil. Bir çox aparıcının gəlir yeridir. Amma mən jurnalistikanı bitirmişəm, dövlət televiziyasında teleaparıcı kimi fəaliyyətə başlamışam. Özümü toy aparıcısı kimi görməmişəm, bu mənim istədiyim bir şey deyil. Amma dolanışığa görə həmkarlarım toy aparırlar, düz edirlər. Çünki onların başqa yerdən qazancı yoxdur. Bu gün həyat bahalıdır və televiziyalardan əldə olunan məvacib heç kimi qane etmir. 

"Aylarla evində uşağına, ərinə yemək bişirməyən qadınlar var".

- Sizcə bu gün tamaşaçını təəccübləndirmək və ya aldatmaq mümkündür?

Bəzən düşünürük ki, bu günün tamaşaçısını aldatmaq olmaz. Amma gəlib kameranın qarşısında dayananda elə bir şey təqdim edirsən ki, tamaşaçı da ona çox gözəl inanır. Adicə götürək elə "İnstagram"ı. Orada təqdim olunan bahalı, parlaq həyat, yalançı ailə forması, yalançı ərlərin təqdimatı, həkim reklamları - hamısı elə izləyicini aldatmaqdır. Siz elə bilirsiniz ki o bahalı həyatları göstərənlərin hamısı kraliça həyatı yaşayır? Aylarla öz evində uşağına, ərinə yemək bişirmir, amma 30 saniyəlik bir video çəkib qoyacaq deyə elə göstərir ki, guya bütün günü mətbəxdə qazan-qazan yemək bişirib. Adam ərinin üzünü aylarla görmür, kənarda qıraq-bucaqda özünə həyat axtarır. Ərini də cəmiyyətə elə tədim edir ki, adam şoka düşür.

- Azyaşlı qızlarda da bloggerliyə maraq son zamanlarda daha da artıb.

Çünki orada 5-10 manat pul var. Oxumadan, təhsil almadan, kitab üzü açmadan əlində telefonla bir video çəkirsən və görürsən ki ordan pul gəlir. Fikirləşir ki, oxuyum, işləyim, nə maaş alacam? Elə ondansa əlimdə telefon, özümü göstərəcəm, pul qazanacam. Mən onları da qınamıram. Harada pul var, qazanc var insanlar ora da qaçacaq. Həyat bu gün çox bahalıdır. Təhsil pul istəyir, səhiyyə pul istəyir...

"Qadınlar indi düşünür ki, yanını böyütsə sevgilisi ona daha çox pul xərcləyəcək"

- Son zamanlar azyaşlı qızların evdən qaçması halları geniş yayılıb. Sizcə, belə hadisələrdə sosial şəbəkələrin nə kimi rolu var? 

Bizim zamanımızda bir kitab idi, bir də biz. Oxuduğumuz hər kitab bizim mənliyimizdə bir iz buraxırdı. İndi isə kitab oxumayan bu gənclik "TikTok"da canlı açır və ona pullar axır. Şirlər, meymunlar, bayquşlar və daha nələr... Seriallara baxıb görür ki, pullu kişinin sevgilisi ayağı-ayağının üstündə heç bir iş görmədən oturur, sevgilisi də onun başından pul tökür. Bunu görən bəzi qadınlar da düşünür ki, yanını böyütsə sevgilisi ona daha çox pul xərcləyəcək. Ona görə oxumaq haqqında düşünmürlər. Bir var illərlə baş yorasan, oxuyasan, bir də var sadəcə yanını böyüdəsən. Bu yolla uzağı bir ay əziyyət çəkirsən. O bilir ki, bir ay sonra baş yox, o yan ona pul gətirəcək. Bunları da o azyaşlılar Türk seriallarında, sosial şəbəkələrdə görürlər. Düşünürlər ki, qaçım Bakıya, orada məni belə bir həyat gözləyir. Amma... 

- Bir çox məşhurlarımızn övladları da blogerlik ilə məşğul olurlar. Siz övladınıza bunla bağlı hansısa qadağa qoymusunuz?

İndiki gənclərə heç bir halda qadağa qoymaq olmaz. Mən də qızıma qadağa qoya bilmərəm. Bu dövrdə mən övladımı çərçivə içərisində saxlasam, o bir gün məndən getmək istəməzmi? İstəyər! Amma hər bir halda qız və ana arasında normal münasibətlər olsa, o qız evdən qaçmaz.

"Hər qadın belinə qırmızı lent bağlayıb vağzalı ilə evdən çıxa bilməz"

- Bütün dövrlərdə belə bir fikir səslənir – "Televiziya cəmiyyətə örnək olmalıdır”. Bu fikirə münasibətiniz necədir?

İnsan kamilləşməyə doğru getdiyi yolda hər şeydən bir örnək götürür. Birini kitabdan, birini televiziyadan, birini dostundan. Bu ölənə qədər belədir. Bu gün mən televiziyadakı şit, mənasız, bayağı şoudan nə götürəcəyəm? Mən anlaya bilirəm ki, bu şey pisdir. Amma 12-13 yaşlı qız bunu ayırd edə bilmir və oradan özünə xoşagəlməz şeyləri götürür. Hər şeyi televiziyanın öhdəsinə atmaq olmaz. Televiziya cəmiyyətin güzgüsüdür. Bizim cəmiyyətimiz necədirsə, televiziya da odur! Hər şeyi televiziya etməlidirsə təhsil nəyə lazımdır? Ailənin, bağçanın, müəllimlərin öhdəliyi nədir? Televiziyanın hazırda 80 faizi əyləndirmə missiyasını yerinə yetirir.

- Verilişlərdə qadın müğənnilər evli kişilərdən uşaq dünyaya gətirdiklərini etiraf edirlər. Bu mövzuya necə baxırsınız?

Azadlığın da bir çərçivəsi olmalıdır. Aşırı azadlıq xaosdur, anarxiyadır. Hər kəsin özünün azadlıq çərçivəsi olmalıdır. Amma eyni zamanda biz insanın söz haqqını da əlindən ala bilmərik. Məsələn, mən heç vaxt o sözü o formada deyə bilmərəm. Bizim dəyərlərimizdə qız ailə qurmalıdır, daha sonra övlad dünyaya gətirməlidir. Bunun kimi ayrılmaq da normal hal olmalıdır. Qadın var ki, ərə gedə bilmir. Çünki bizdə qız evdə qalıb gözləməlidir ki, kimsə gəlib onu alacaq. Ailəli deyil, amma ana omaq istəyir. İndi biz bu adamı daş-qalaq edə bilmərik ki, sən ailə qurmamısan deyə ana ola bilməzsən. Ümumilikdə bu bir gerçəkdir ki, hər bir qadın belinə qırmızı lent bağlayıb evdən vağzalı ilə çıxa bilməz.

"Söz azadlığı kiminsə ayaqlarını göyə qaldırıb, cinsiyyət orqanını müzakirə etmək deyil"

- Zaman-zaman həkim reklamlarını tənqid edirsiniz. Buna sizi nə vadar edir?

Həkim var ki, bu gün o adamın adı dövlətin siyahısında yoxdur, amma sosial şəbəkələrdə bütün günü nailiyyətlərini paylaşır. Mən həkim reklamları barəsində buradan aidiyyatı qurumlara səslənmək istəyirəm. Bəzən o reklamları görəndə bütün abırımız, həyamız gedir. Bu həkimlər ginikoloji otaq, həkim kabineti ilə ictimai yeri əshv salırlar.

- Belə reklamları edən məşhur simalar da var...

Belə şeylərə ciddi nəzarət lazımdır. İki insan arasındakı özəl mesajlaşma sosial şəbəkədə ifşalanmamalıdır. Başqa həkim otaqlarına nəzərən gnikoloji müayinə otağı ən intim yer sayılır. Qadının ayaqlarını göyə qaldırıb bütün vaginasını çılpaqlığı ilə müzakirə edib göstərmək olmaz.

- Bir qadın kimi xoşbəxtsiniz?

Əlbəttə ki... İnsan xoşbəxtliyini özü yaradır. Hər kəs xoşbəxtliyi fərqli bir şeydə axtarır. Kimisi kişidə, kimisi pulda, kimi bahalı maşında tapır. Kimin düşüncə tərzi necədirsə, xoşbəxtliyi də orda axtarır. Bir yeməklə də xoşbəxt olmaq olar, gözəl bir mesajdan da sevinə bilərsən. Övladımızın uğuru bizi o qədər xoşbəxt edə bilər ki... Xoşbəxtliyin mütləq ünvanı yoxdur. Səni bir anlıq xoşbəxt edən kişi, yarım saat sonra səni bədbəxt qadın da edə bilər. Ovuc içi qədər xoşbəxtliyi özün yaradıb, orada o qədər xoşbəxt ola bilərsən ki... Amma Allah insanı tək yaradıb.

- Gənc oğlanlar deyir ki, ailə qurmağa qız tapmırıq. Bu fikirlə razısınız?

Bu da ayrı bir bəladır. Niyə? Hazırda gənclərimizin gözü çox açıqdır. Azadlığın meyarı dəyişdiyi üçün oğlanlar da evlənmək üçün qız tapmaqda çətinlik çəkirlər. Mən elə ailə tanıyıram ki, qız axtaranda tələb edir ki, "İnstagram"ı olmasın. Amma bu mümkün deyil. İndi oğlanlar evlənməyə qız tapa bilmir, qızlar də ərə getməyə oğlan. Çünki hər şey o qədər açıq-aydın göz önündə baş verir ki... Qızı ərə verirsən, bir ay olmamış görürsən ki dava-dalaş başladı. Oğlanı evləndirirsən, 3 ay sonra eşidirsən ki, gəlinin deyingənliyi başlayıb. İndi gənc ailələr bir-birinə güzəştə gedə bilmirlər. Bizim analarımız, nənələrimiz ciddi güzəştlərə gedirdilər.

- Karmaya inanırsız?

Xüsusi inancları olan biri deyiləm. Allahdan başqa heç nəyə inanmıram!

- Gözə, cadu-pitiyə?

Elə deyirlər ki, kimsə gözə gəldi. Yəqin ki belə şeylər var. Əslində o pis enerjidir. Kiminsə pis və paxıl enerjisini alırsan, o da insanın içində haradasa bir yerdə çat verir.

- İnanıram ki, bu dəfə də verdiyiniz sosial mesajlar cəmiyyət tərəfindən maraqla qarşılanacaq. Səmimi müsahibə üçün təşəkkür edirəm.

Mən də maraqlı suallara görə təşəkkür edirəm. Sizə uğurlar!

Aysel Hacızadə

Rüfət Adampara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 May 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see276

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see140

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

18 İyun 2025 15:24see130

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see123

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see121

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see118

Azər Qasımlının məhkəməsi başlayıb

18 İyun 2025 17:46see118

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

18 İyun 2025 17:37see117

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see116

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see116

UNFCCC in Katibliyinin üzvü: COP29 un sədrliyi COP30 un Gündəliyinin qəbul olunmasında körpü rolu oynadı

18 İyun 2025 07:01see115

Xameneyi: Döyüş başlayır

18 İyun 2025 08:53see115

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

18 İyun 2025 20:29see115

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see115

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see115

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see115

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see114

Həkim: “Coca Cola Zero” infarkt və insult riskini artıra bilər

18 İyun 2025 08:06see113

Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq

18 İyun 2025 17:36see112

Tofiq Musayev: Kiminləsə döyüşdən imtinanı özümə yaraşdırmıram

18 İyun 2025 11:17see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri