Onlar bilir ki, başı yox, böyütdüyü yançağı ona pul gətirəcək RÖVŞANƏ
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Kitab oxumayan bu gənclik "TikTok"da canlı açır və ona pullar axır. Şirlər, meymunlar, bayquşlar və daha nələr..."
Bu sözləri aparıcı Rövşanə Ağasəfqızı AZXEBER.COM-un "Gəl danış" rubrikasına müsahibəsində deyib.
Tanınmış teleulduz qadınların bədənşəkilləndirmə əməliyyatı edərək gündəmə gəlməsinə münasibət bildirib:
"Seriallara baxıb görürlər ki, pullu kişinin sevgilisi ayağı-ayağının üstündə heç bir iş görmədən oturur, sevgilisi də onun başından pul tökür. Bunu görən bəzi qadınlar da düşünür ki, yanını böyütsə sevgilisi ona daha çox pul xərcləyəcək. Ona görə oxumaq haqqında düşünmürlər. Bir var illərlə baş yorasan, oxuyasan, bir də var sadəcə yanını böyüdəsən. Bu yolla uzağı bir ay əziyyət çəkirsən. O bilir ki, bir ay sonra baş yox, o yan ona pul gətirəcək. Bunları da o azyaşlılar Türk seriallarında, sosial şəbəkələrdə görürlər. Düşünürlər ki, qaçım Bakıya, orada məni belə bir həyat gözləyir. Amma...
İndiki gənclərə heç bir halda qadağa qoymaq olmaz. Mən də qızıma qadağa qoya bilmərəm. Bu dövrdə mən övladımı çərçivə içərisində saxlasam, o bir gün məndən getmək istəməzmi? İstəyər! Amma hər bir halda qız və ana arasında normal münasibətlər olsa, o qız evdən qaçmaz.
Aysel Hacızadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 07 May 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















