Icma.az
close
up
RU
Qadın fermerlərə dəstək göstərilib

Qadın fermerlərə dəstək göstərilib

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində qadın fermerlərə göstərilən dəstək tədbirləri davam edir.

“Cebheinfo.az” xəbər verir ki, layihə çərçivəsində növbəti görüş Lənkəran, Astara, Neftçala, Masallı, Cəlilabad rayonlarından olan, təsərrüfatlarının inkişafı üçün dəstək göstərilən qadın fermerlərlə keçirilib. Görüşdə Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elburus Abbasov, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü Anar Qədirov, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova və qadın fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən nümayəndələr tərəfindən AFAQ layihəsinin regionlarda qadın fermerlərin aqrar fəaliyyətə təşviqi və ailə təsərrüfatlarının inkişafında mühüm rolu olduğu vurğulanıb. Bildirilib ki, layihə çərçivəsində göstərilən dəstəklər qadın fermerlərin işini stimullaşdırır və onların daha çox gəlir əldə etməsinə imkan yaradır.

Budəfəki dəstək tədbirləri çərçivəsində qiymətləndirmə sorğularına əsasən, 13 fermerə ümumilikdə təsərrüfatlarının ehtiyacları üzrə 7 ədəd yem doğrayan avadanlıq, 2 ədəd süd sağan avadanlıq, 2 ədəd inkubator, 2 ədəd dən üyüdən avadanlıq, 1 ədəd bal süzən avadanlıq təqdim edilib. Eyni zamanda təsərrüfat sahələrinin inkişaf etdirilməsi məqsədilə fermerlərə quşçuluq və heyvandarlıq mövzularında təlimlər keçirilib.

Qeyd edək ki, AFAQ layihəsi qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi rifahın yaxşılaşdırılmasına xidmət edir.

Bugünədək layihə çərçivəsində 847 fermerə kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətlərində təlimlər keçirilib. Ümumilikdə 29 region üzrə 299 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.

Nigar
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Mart 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see489

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see319

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see252

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see232

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see218

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see216

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see167

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see157

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see155

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri