Icma.az
close
up
RU
Ballıcada qadın fermerlərə dəstək göstərildi FOTOLAR

Ballıcada qadın fermerlərə dəstək göstərildi FOTOLAR

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Oktyabrın 10-da Xocalı rayonunun Ballıca kəndində “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı və “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə “AFAQ” layihəsi çərçivəsində “Ballıcanının ilk AFAQ-çıları” adlı tədbir keçirilib. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına dəstək vermək, xüsusilə qadın fermerlərin bu sahədə fəallığını artırmaq və onların dayanıqlı təsərrüfatlar qurmasına şərait yaratmaq olub.

Bu çərçivədə ümumilikdə 53 fermerə müxtəlif istiqamətlərdə dəstək göstərilib.Tədbirdə Prezidentin Xankəndi, Ağdərə və Xocalı üzrə xüsusi nümayəndəliyi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, eləcə də kənd sakinləri iştirak ediblər.

Çıxış edən natiqlər bildirib ki, fermerlərə dəstək məqsədi daşıyan sosialyönümlü təşəbbüslər arasında bu layihə xüsusi yer tutur. Bugünədək layihə çərçivəsində 312 qadına dəstək göstərilib, bu ildən həm də qadın kooperativlərinin yaradılmasına yardım edilir. Belə təşəbbüslər, kənd yerlərində məşğulluğun artırılmasına, yerli istehsalın güclənməsinə və sosial rifahın yaxşılaşdırılmasına mühüm töhfə verir.

Layihə qadınların iqtisadi fəallığının artmasına, həmçinin kənd təsərrüfatında innovativ və dayanıqlı istehsalın inkişafına şərait yaradır. “AFAQ” layihəsi çərçivəsində Xocalıda hər birində 5 qadının yer aldığı “Güllü Yaylaq” və “Qızıl Pətək” adlı iki kooperativ təsis edilib.

Bu kooperativlər kənd təsərrüfatı məhsullarının emalı və satışı ilə məşğul olacaq, nəticədə kənd qadınlarının məşğulluq və gəlir imkanları daha da genişlənəcək.

Qeyd edək ki, fermerlər üçün biznes idarəçiliyi, maliyyə savadlılığı, heyvandarlıq, arıçılıq, quşçuluq, tingçilik və kooperativ idarəçiliyi mövzularında təlimlər təşkil olunub. Təlimlərdə iştirakçılara nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar da öyrədilib.

Tədbirin yekununda fermerlərin təsərrüfatlarını inkişaf etdirmələrinə dəstək məqsədilə 86 ədəd avadanlıq və 18 ton yem təqdim olunub, həmçinin iştirakçılara sertifikatlar verilib.

“Cebheinfo.az”
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri