Icma.az
close
up
RU
Qadın qətlinə ömürlük həbs cəzası: Tarixi qərar

Qadın qətlinə ömürlük həbs cəzası: Tarixi qərar

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliya Senatında qəbul edilən yeni qanun layihəsinə görə, qadınlara qarşı nifrət, ayrı-seçkilik və azadlıqlarını məhdudlaşdırmaq məqsədilə törədilən qətllər “qadın qırğını” (femicide) kimi tanınacaq və bu cinayətləri törədənlər şərtsiz ömürlük həbslə cəzalandırılacaq.

Bu barədə News24.az CNN Türk-ə istinadən məlumat verir. 

Baş nazir Corcia Meloninin rəhbərlik etdiyi sağ koalisiya hökuməti tərəfindən hazırlanan bu qanun layihəsi 8 Mart Dünya Qadınlar Günündən əvvəl ictimaiyyətə təqdim edilib.

Meloni Senatdakı səsvermədən sonra verdiyi açıqlamada, “Bu addım, cəmiyyətimizin üzləşdiyi qəbulolunmaz bir yaraya qarşı mübarizədə mühüm töhfə verəcək,” deyə bildirib və həm iqtidar, həm müxalifətin dəstəyinə təşəkkür edib.

Qanun layihəsi növbəti olaraq İtaliya Temsilçilər Məclisində müzakirə olunacaq.

Qanunun əsas müddəaları:

Qadın qətlləri ömürlük həbslə cəzalandırılacaq, şərti azadlığa çıxma olmayacaq.

Taciz, izləmə və cinsi zorakılıq kimi cinayətlərə verilən cəzalar artırılacaq.

Bu cür cinayətləri törədənlərə həbsxanada verilən imtiyazlar məhdudlaşdırılacaq.

Məktəblər, iş yerləri və dövlət qurumlarında gender əsaslı zorakılığa qarşı maarifləndirmə kampaniyaları keçiriləcək.

2023-cü ildə İtaliyada 113 qadın qətlə yetirilib, onlardan 99-u həyat yoldaşı və ya keçmiş partnyoru tərəfindən öldürülüb. Bu statistika ictimai təzyiqi artıraraq hökuməti qanuni tədbirlər görməyə məcbur edib.

Qadın hüquqları təşkilatlarının mövqeyi

Qadın hüquqları müdafiəçiləri bu qanunu vacib addım kimi qiymətləndirsələr də, bunun kifayət etmədiyini vurğulayır. Onlara görə, əsaslı dəyişiklik üçün maarifləndirmə və gender bərabərliyi yönündə təhsil və mədəni transformasiya zəruridir.

Euractiv və Associated Press kimi beynəlxalq qurumlar İtaliyanın bu qərarını “tarixi” kimi qiymətləndirib. Layihənin yaxın zamanda rəsmi qanun halına gəlməsi gözlənilir.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyul 2025 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri