Icma.az
close
up
RU
Qadın sağlamdırsa, cəmiyyət sağdır

Qadın sağlamdırsa, cəmiyyət sağdır

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qadınların sağlamlığı tək fərd üçün deyil, bütün cəmiyyət üçün əhəmiyyətldiir, çünki qadın sağlamlığı cəmiyyətin sağlamlığının əsasını təşkil edir. Çünki qadınlar ailələrin və cəmiyyətin təməl daşlarıdır, dolayısı ilə onun sağölamlığı cəmiyyətin sağlamlığı deməkdir. Reproduktiv sağlamlıq, hamiləlik, doğum, analıq kimi vacib məsuliyyətlər qadınlara xasdır və bu proseslərin sağlam idarə olunması birbaşa qadınların həyat keyfiyyətinə, habelə cəmiyyətə təsir göstərir. Bundan əlavə, qadınların psixi sağlamlığı, sosial və iqtisadi vəziyyətləri də onların ümumi sağlamlığına təsir edən amillərdir. Ona görə də qadınların sağlamlığının qorunması və inkişafı təkcə qadınların deyil, bütün cəmiyyətin rifahı üçün vacibdir.

Bu gün dünyada qadınların sağlamlıqlarını təhlükəyə atan ən təhlükəli xəstəliklərdən biri xərçəngdir. Son məlumatalara görə hazırda dünyada 10 milyondan çox qadın xərçəngdən əziyyət çəkir. Azərbaycanda da bu sahədə vəziyyət ürəkaçan deyil. Məsələn, 2023-cü ildə 40 yaşdan yuxarı hər 1000 qadından 3-4 nəfərinə süd vəzi və ya uşaqlıq boynu xərçəngi diaqnozu qoyulub. Hər il ölkəmizdə 5-6 min qadında müxtəlif xərçəng növləri aşkarlanır.

Aparılan araşdırmalar zamanı uzun boylu qadınların xərçəngə yaxalanma riskinin daha yüksək olması barədə nəticələr əldə edilir. Bunu bir müddət öncə Amerikanın Albert Enşteyn Tibb Colleci də sübut etdi. Araşdırmanın nəticəsinə görə, hər 10 sm uca boy qadınların süd vəzi, yumurtalıq, böyrək, dəri xərçəngi kimi xəstəliklərə yaxalanma riskini 13 faiz artırır. Bundan öncə də İngiltərənin Oksford Universitetində aparılan araşdırmalar 1,52 sm-dən uzun insanlarda hər 10 sm-ə görə xərçəng riskinin 16 faiz artdığını müəyyən etmişdilər.

Ümumiyyətlə, dünyanın bir çox araşdırma mərkəzi iddia edir ki, qadınların boy ölçüsü ilə yumurtalıq xərçəngi arasında əlaqə var. Aparılan araşdırmalar nəticəsində uzunboylu qadınların bəstəboylara nisbətən yumurtalıq xərçənginə tutulma riskinin böyük olduğunu da təsdiqləyir.

Araşdırma müddətində 14 ölkədən 25 min yumurtalıq xərçəngi xəstəsi və 80 min sağlam qadın müayinə edilib və uzun boyun bu xəstəliyə yoluxmaq üçün tutarlı bir səbəb olduğu müəyyən edilib. Alimlər deyir ki, qısa və bəstəboylu qadınların yumurtalıq xərçənginə yoluxma riski 1000 nəfərdə 16-dırsa uzunboylu qadınlarda bu rəqəm hər min nəfərə 20 risk təşkil edir.

Ümumiyyətlə, qadınların uca boyundan başqa, artıq çəkili olması da xərçəngə yoluxma səbəblərindən biridir. Araşdırmalara görə, qadınlarda xərçəngi artıq çəki, kişilərdə isə stress və tütün yaradır. Mütəxəssislər hər 500 qram artıq çəkinin xərçəng riskini 6% artırdığını iddia edirlər. Böyük çəkidə doğulmuş və ya həyatının gələcək illərində artıq çəkiyə sahiblənmiş qadınların kişilərə nisbətən daha çox xərçəngə yoluxma riski var.

Çəkisi dörd kiloqramdan artıq olan körpələr 3-3,5 kq olan körpələrdən 16% çox xərçəng riski daşıyır. Qadınların artıq çəkisi süd vəzilərində və uşaqlıq yolunda xərçəngə səbəb olur. Artıq çəki ilə bərabər artan qadınlıq hormonu uşaqlıq yolu xərçənginin birinci səbəbidir.

Xərçəng çoxalan hüceyrələr xəstəliyidir, bir orqanda nə qədər sürətli və çox böyümə varsa xərçəng riski də bir o qədər yüksəkdir. Normal halda hüceyrələr orqanda yenilənmə məqsədi ilə çoxalmalıdır. Amma hər hüceyrənin də bir ömrü var, ölən hüceyrənin yerinə yenisi yaranır. Bəzən bu hüceyrələr orqanizmin nəzarətindən çıxır və sürətli şəkildə çoxalır. Bu çoxalma o qədər sürətlidir ki, ölən hüceyrələr bu sürətə yetişə bilmir və beləliklə xərçəngin təməli qoyulur.

Orqanizm bir çox hallarda bu hüceyrələri nəzarəti altına ala bilmir, amma mümkün qədər nizamlamağa çalışır. Əgər orqanizmimiz nizamı qorumağa çalışmasa bu gün dünyada xərçəngdən ölənlərin sayı fəlakət həddə çatardı.

Endokrinoloq Sahib Məmmədov deyir ki, qadınlarda döş, uşaqlıq, yumurtalıq xərçənginə ona görə çox rast gəlinir ki, onların orqanizmi xərçəng üçün münbit zonadır: “Qadınlıq orqanları xərçəngin yaranması və inkişafı üçün olduqca əlverişli yerlərdir. Uşaqlığın iç təbəqəsi olan “endometrium” qadın bədəninin ən hərəkətli zonasıdır və 1 sm qalınlığındadır, elə buna görə burada xərçəng üçün münbit şərait yaranıb. Yumurtalıq xərçənginin yaranma səbəbi isə bu orqanda da hüceyrələrin hərəkətli olmasıdır”.

Həkim deyir ki, həm hüceyrə yenilənməsi, həm də yumurtalığın özünün tez-tez yenilənməsi səbəbindən bu orqanın xərçəngə yoluxması halları digər xərçəng növlərindən daha çox rastlanır. Heç vaxt uşaq doğmayan, və ya gec doğan, eləcə də tez-tez abort etdirən qadınlarda yumurtalıq xərçəngi çox rastlanır.

2022-ci ilin statistikasına görə, Azərbaycanda xərçəng xəstəsi kimi qeydiyyatda olan şəxslərin sayı 59 min nəfər olub. Məlumata görə, ölkəmizdə vəfat edən hər 9 nəfərdən təxminən 1-i xərçəngdən ölür. Ölümə səbəb olan xərçəngin növünə gəlincə, süd vəzisi 2638 , traxeya, bronx, ağciyər 1379, mədə 1372, bağırsaq 701, qida borusu isə 486 təşkil edib.

Süd vəzi xərçəngi - dünyada yayılmış ən geniş xərçəng növüdür. Hər il dünyada 400000 qadına bu diaqnoz qoyulur. Bu 29 saniyəyə bir qadının xəstə olması deməkdir. Ümumilikdə hər 8 qadından birində xərçəngin bu növünə rast gəlinir. Dünyada 40 yaşdan aşağı qadınlarda bu xəstəliyə görə 1-ci yeri Türkiyə tutur. 40 yaşdan aşağı qadınlarda SVX diaqnozu saya görə dünyada birinci yerdədir. Azərbaycanda hər 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir və bu rəqəm ilbəil artmaqdadır. Üstəlik də, bu xəstəlik artıq çox gəncləşib. Bir çox qadının mammoqrafiya etdirmədiyini nəzərə alsaq bu rəqəmin çox olduğunu ehtimal etmək olar.

Qeyd edək ki, xərçəng xəstələri daha çox Bakıda yaşayır. Bunun da əsas səbəbi paytaxtda əhalinin sıxlığı və ekoloji durumun pis olmasıdır. Radiasiya faktoru da xərçəngin yayılmasında mühüm rol oynayır. Xüsusilə akasiya ağaclarının kütləvi qırılmasının xərçəng xəstəliyinin artamasına təkan verdiyi barədə tutarlı araşdırmalar var. Bu araşdırmalara görə bir akasiya ağacı 40 kvadratmetr ərazini radiasiyadan təmizləyir.

Qadınların süd vəzisi xərçənginə yoluxmasının səbəbinə gəlincə isə, bu süd vəzilərinin tez-tez hormon dəyilikliyinə uğraması ilə əlaqədardır. 40 yaşını keçən hər yüz qadından 2-si süd vəzisi xərçənginə yoluxur. Erkən diaqnozu qoyulan xəstəliyin sağalma şansı 95 faizdir.

Yumurtalıq xərçəngi qadınlarda xərçəngdən ölmə səbəbi arasında 5-ci sıradadır. İlk sıralarda ağciyər, döş, bağırsaq və mədəaltı vəz (pankreas) xərçəngləri qərarlaşıb. Maraqlıdır ki, tez-tez rastlanan xərçəng növləri daha az ölümə səbəb olduğu halda nadir rastlanan xərçənglər bir anda öldürə bilir. 40 yaşdan yuxarı qadınların ölümünün 2 faizinə yumurtalıq xərçəngi səbəb olur. Bu xərçəng növü ən çox 50-60 yaşlarda rastlanır və ən çətin diaqnoz qoyulan növdür.

Xərçəng xəstəliyinin qadınlarda özünü göstərən növləri əsasən yumurtalıq, süd vəzisi və uşaqlıq boynu xərçəngidir. Erkən diaqnozun müalicədə böyük paya malik olduğunu bilmək önəmlidir.

Xərçəng xəstəliyi təhlükəlidir, nə elm, nə texnologiya onu kökündən məhv edə bilmir. İnkişaf etmiş xəstəlik üçün ediləcək çox az müalicə növü var. Amma erkən diaqnoz qoyulmuş xəstələrin sağalma ehtimalı yüksəkdir. Qadınların xərçəngə yoluxmasının qarşısını alacaq yeganə insan elə qadın özüdür.

Xərçəngdən qorunmaq istəyən qadının ən effektiv silahı isə vaxtaşırı həkim müayinəsindən keçməkdir. Xərçəng başlanğıcda çox yavaş irəliləyən xəstəlikdir, bu səbəbdən də diaqnozu çətindir. Qadının 6 aydan bir keçəcəyi həkim müayinəsi bu diaqnozu vaxtında qoya bilər.

Xərçəngi yaradan faktorların başında stress gəlir, stressi həyatınızdan uzaq tutun. Natural qidalanın, fast-food qidalanmadan uzaq durum. İdman edin, gəzintiyə çıxın, real sosial həyat yaşayın, doslarla, qohumlarla sıx ünsiyyət qurun. Doğuşdan sonra körpənizi əmizdirin, görkəmim pozular deyə südü süni yollarla kəsməyə çalışmayın, körpəsinə süd verən qadınlarda xərçəng nadir rastlanır.

Limon, mandarin, nar xərçəngin düşmənidir, bol-bol istifadə edin. Göbələk xərçəng hüceyrələrini məhv edir. Yerkökü döş, uşaqlıq xərçəngi ilə müabirizədə güclüdür. Pomidor xərçəng hüceyrələrini azaldır. Ümumiyyətlə, bütün qırmızı meyvə və tərəvəzlər xərçəng xəstəliyi ilə mübarizə gücünə malikdir. Kələm, yaşıl çay, brokoli, gül kələmi, qatıq, ananası çox istifadə edin. Xərçənglə ona yoluxmamışdan öncə mübarizə aparın.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyun 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri