Icma.az
close
up
RU
Aİ “Güclü qadın, güclü cəmiyyət” mövzusunda tədbir keçirib

Aİ “Güclü qadın, güclü cəmiyyət” mövzusunda tədbir keçirib

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Beynəlxalq Qadınlar Gününə həsr olunmuş kampaniya çərçivəsində Bakıda "Güclü Qadın, Güclü Cəmiyyət" mövzusuna həsr olunmuş tədbir keçirib.

525.az xəbər verir ki, tədbirdə həmçinin azərbaycanlı qadın rəssamların “Avropanın rəngləri” adlı rəsm sərgisi də təqdim olunub. Eyni zamanda, Polşanın ölkəmizdəki səfirliyinin “Görkəmli Polşa qadınları” adlı sərgi nümayiş olunub.

Tədbirdə qeyd edilib ki, kampaniyanın məqsədi 2025-ci il Beynəlxalq Qadınlar Gününün “fəaliyyətini sürətləndirmək” adlı əsas mövzusu ilə yanaşı, gender bərabərliyi, gender paritetinə doğru beynəlxalq tərəqqi haqqında məlumatlılığı artırmaqdır.

Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko çıxışında bildirib ki, gender bərabərliyinin artırılması daha güclü cəmiyyətin formalaşmasına töhfə verir:

“Buna görə də Avropa İttifaqının sonuncu Gender Bərabərliyi Strategiyası gender əsaslı zorakılığa son qoymaq üçün əsas məqsədləri ehtiva edir. Bu məqsədlər gender stereotiplərinə meydan oxumaq, əmək bazarında gender boşluqlarını aradan qaldırmaq, iqtisadiyyatın müxtəlif sektorlarında bərabər iştiraka, qərarların qəbulunda və siyasətdə gender balansına nail olmaqdan ibarətdir”.

Gender bərabərliyini təmin etmək məqsədilə Aİ-nin maliyyələşdirdiyi çoxsaylı layihələr Aİ-Azərbaycan tərəfdaşlığı vasittəsilə həyata keçirilib ki, qadın və qaılar onlardan faydalanıblar.

Daha sonra tədbirdə bir neçə Aİ layihəsinin benefisiarları öz işlərindən bəhs ediblər, uğur qazanmaq üçün faydalı məsləhətlər verərək çətinliklərin öhdəsindən necə gəldikləri barədə danışıblar.

Onlardan biri "Minaların təmizlənməsi” layihəsinin benefisiarı Səmayə Əhmədli öz hekayəsini bölüşüb. Bildirib ki, ixtisasca müəllimdir və yeddi il öz ixtisası üzrə çalışıb. Sonra isə elan görüb və qadın minatəmizləyən olmaq istəyi ilə müraciət edib.

Onun sözlərinə görə, qarabağlı kimi torpaqlarımızın bizə ehtiyacı olduğunu düşünüb. Səmayə Əhmədli hesab edir ki, qadın minatəmizləyənlərin olması çox vacibdir. Çünki qadınlar çox diqqətcildir və mina məsələsi də diqqət tələb edir.

O, eyni zamanda insanları ehtiyatlı olmağa çalışıb:”İnsanlar azad olunmuş ərazilərə gedərkən həyatlarını riskə atmamalı, nəfslərinin qurbanı olmamalıdırlar. Bilməlidirlər ki, bu addımları çox ciddi problemlərə səbəb ola bilər, minalar səssizdir, üzərinə basana kimi”.

Sonra səfir Peter Mixalko qadın rəssamları təqdir edərək, qadınların səlahiyyətlərinin gücləndirilməsi və gender stereotiplərinin aradan qaldırılması istiqamətində yorulmadan çalışan benefisiar və tərəfdaşlara təşəkkürünü bildirib. Eyni zamanda, rəssam xanımlara sertifikatlar təqdim edilib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Mart 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri