Icma.az
close
up
RU
Qadın sağlamlığının qorunması: multidisiplinar yanaşmalar konfrans

Qadın sağlamlığının qorunması: multidisiplinar yanaşmalar konfrans

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 27 aprel, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və “Qadın Sağlamlığına Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Səhiyyə Nazirliyi və TƏBİB-in tərəfdaşlığı, “Bakı Medical Plaza”nın ev sahibliyi ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Qadın sağlamlığının qorunması: multidisiplinar yanaşmalar” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Konfransı açan BDU-nun Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, onun yüksək mənəvi keyfiyyətlərindən və oftalmologiya sahəsində qoyduğu zəngin elmi irsdən, həmçinin elmi-praktiki konfransın əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Zərifə Əliyevanın elmi fəaliyyəti və insanlara həsr olunmuş ömür yolu bu gün də cəmiyyət üçün m örnəkdir.

Konfransın rəsmi hissəsində “Qadın Sağlamlığına Dəstək” İctimai Birliyinin həmsədri, tibb üzrə fəlsəfə doktoru Günay Əhmədova, “Bakı Medical Plaza”nın baş həkim müavini İlkanə Kərəntərli, BDU-nun Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilov çıxış ediblər. Çıxışlarda qadın sağlamlığının qorunmasında müasir yanaşmaların tətbiqi, profilaktikanın gücləndirilməsi və müxtəlif ixtisas sahələri üzrə həkimlərin birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Akademik Zərifə Əliyevanın xatirəsinin hər zaman ehtiramla yad edildiyi, onun elmi irsinin və peşəkar dəyərlərinin müasir tibb mütəxəssisləri üçün yol xəritəsi olduğu bildirilib.

Rəsmi hissədən sonra görkəmli alimin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Konfrans işini panel müzakirələri ilə davam etdirib. Sessiyalarda qadın sağlamlığının qorunması, erkən diaqnostika, reproduktiv sağlamlıq, müasir müalicə protokolları, hamiləliyin izlənilməsi, ginekoloji xəstəliklərin profilaktikası və multidisiplinar tibbi yanaşmalar kimi mövzularda tanınmış həkim və mütəxəssislər çıxış ediblər. Məruzələrdə sahə üzrə aktual çağırışlar, yeni diaqnostik imkanlar və pasiyentyönümlü tibbi xidmət modeli ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, qadın sağlamlığının qorunması yalnız bir ixtisas çərçivəsində deyil, ginekologiya, endokrinologiya, onkologiya, radiologiya, laborator diaqnostika, psixologiya və biologiya kimi sahələrin birgə yanaşması ilə daha effektiv təmin oluna bilər. Həmçinin maarifləndirmənin artırılması, mütəmadi tibbi müayinələr və erkən müraciətin əhəmiyyəti xüsusi vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri