Icma.az
close
up
RU
Qadın hüquqlarının qorunması

Qadın hüquqlarının qorunması

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli özünəqayıdış və özünüdərkin məhz bu dövrdə başlanğıcını qoyan, azərbaycançılıq məfkurəsinin keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını tamamilə müasirləşdirib. Ulu Öndər Heydər Əliyev dühası öz fəaliyyəti ilə Vətənə sədaqətli xidmətin əyani nümunələrini yaratmışdır. Xalqın böyük sevgisini qazanan, Azərbaycanın xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

Ümummilli liderimiz Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi. Xalqımızın hüquq və azadlığını daim qorumuş, onun maariflənməsində misilsiz xidmətlər göstərmiş Ulu öndər Heydər Əliyev bütün dönəmlərdə qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. O ağrılı-acılı günlər hər birimizin yaddaşındadır və o zamanki nəslin nümayəndələri həmin dövrdə ölkəmizin və xalqımızın hansı çətin, mürəkkəb sınaqlar qarşısında qalmasının canlı şahidləridirlər. Respublikamızın tarixində ilk dəfə olaraq ali məktəblərə qadın rektorlar təyin edildi. Ümummilli liderimiz hələ o dövrdə öz işində, ictimai fəaliyyətində fərqlənən qadınlara fəxri adların verilməsinə, qadınların mükafatlandırılmasında, orden-medallarla təltif olunmasında səyini əsirgəməmişdi. Həmin illərdə neçə-neçə qadın “Sosialist Əməyi Qəhrəmanı”, “Qəhrəman ana” fəxri adları almışdı.

Ulu öndərimiz qadınlar haqqında çox müdrik fikirlər söyləmişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsləri ilə reallaşdırılan humanitar və sosial layihələr də qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təşviq edir. Onun fəaliyyəti xüsusilə həssas sosial qruplara aid qadınların problemlərinin həllində mühüm rol oynayır.

Qadın hüquqlarının qorunması Azərbaycanda dövlət siyasətinin ayrılmaz və strateji istiqamətidir. Bu siyasət hüquqi baza, siyasi iradə və ictimai dəstək üzərində qurularaq ölkənin demokratik inkişafına və sosial ədalətin möhkəmlənməsinə xidmət edir. Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır.

İntiqam Quliyev

YAP Ağdam rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Mart 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri