Qadın sürücü ona cərimə yazan polisə qələm atdı, görün necə saxlanıldı
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-da bir qadının yol polisi ilə mübahisə zamanı ona qələm atmasından sonra sərt şəkildə saxlanılması böyük etiraz doğurub.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə polis əməkdaşının kamerasına yansıyıb və görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məlumata görə, kimliyi açıqlanmayan qadın sürücü ona cərimə yazan polis əməkdaşı ilə sözlü mübahisə edib. Mübahisə zamanı qadın əlindəki qələmi polisə tərəf atıb. Bundan sonra polis sürücüyə dərhal müdaxilə edərək onu avtomobildən endirib, yerə yatırıb və qandallayaraq saxlayıb.
Görüntülərdə qadının saxlanılarkən "Mənim qayğısına qalmalı olduğum uşaqlarım var, onları tək qoya bilmərəm" dediyi, lakin polisin bu sözlərə məhəl qoymadığı əks olunub.
Kadrlardan sonra sosial mediada çoxsaylı istifadəçi qadının polis üçün real təhlükə yaratmadığını bildirərək, hüquq-mühafizə orqanının əməkdaşını "yersiz güc tətbiq etməkdə" ittiham edib. Hadisə ABŞ-da polis zorakılığı və səlahiyyətlərindən sui-istifadə mövzusunda yenidən mübahisələrə yol açıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 05 Sentyabr 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















