Qadın sürücülərin avtobus sektoruna daxil olması... AÇIQLAMA
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünyanın bütün sivil ölkələrinin sərnişindaşınmasında qadın sürücülər var. Sovet dövründə Azərbaycanda da qadın maşinistlər, avtobus, tramvay sürücüləri olub. Hazırda Bakıda bir neçə qadın taksi sürücüsü, metroda maşinist olsa da, avtobus sürücüsü yoxdur. Bu günlərdə “Bakubus” MMC-nin qadınların sürücülüyə cəlb olunması ilə bağlı elanı maraq doğurub, lakin ümumilikdə cəmiyyət arasında birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.
O deyib ki, qadınların avtobus sürücüsü kimi çalışması, gender bərabərliyi baxımından mühüm və pozitiv bir addımdır:
“Bu, təkcə qadınların istənilən sahədə işləmək hüququnun tanınması deyil, həm də cəmiyyətin sosial inkişaf göstəricisidir. Belə təşəbbüslər bir növ sosial layihə kimi yaxşıdır. Qadın sürücülərin avtobus sektoruna daxil olması, sərnişin davranışlarında da müəyyən müsbət dəyişikliklər yarada bilər. Əgər bu sahədə institusional dəstək gücləndirilərsə, qadınların ictimai nəqliyyat sektorunda iştirakı həm sosial, həm də iqtisadi baxımdan mühüm nəticələr verə bilər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.
O deyib ki, qadınların avtobus sürücüsü kimi çalışması, gender bərabərliyi baxımından mühüm və pozitiv bir addımdır:
“Bu, təkcə qadınların istənilən sahədə işləmək hüququnun tanınması deyil, həm də cəmiyyətin sosial inkişaf göstəricisidir. Belə təşəbbüslər bir növ sosial layihə kimi yaxşıdır. Qadın sürücülərin avtobus sektoruna daxil olması, sərnişin davranışlarında da müəyyən müsbət dəyişikliklər yarada bilər. Əgər bu sahədə institusional dəstək gücləndirilərsə, qadınların ictimai nəqliyyat sektorunda iştirakı həm sosial, həm də iqtisadi baxımdan mühüm nəticələr verə bilər”.
Leyla Turan
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Avtobus idarə edəcək qadın sürücülərin sayı artırılır
05 Fevral 2026 11:42
Avtobus sürücüləri yoxlamadan keçir? AÇIQLAMA
22 İyun 2026 12:03
Avtobus zolağına daxil olan sürücülərin cərimələri artdı?
23 Aprel 2025 01:12
Taysondan məğlub olması ilə bağlı AÇIQLAMA
16 Noyabr 2024 17:13
Baxış sayı:116
Bu xəbər 22 May 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















