Qadın voleybolçular arasında Yüksək Liqanın ilk turunda növbəti oyun keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 15 oktyabr, AZƏRTAC
Qadın voleybolçular arasında Yüksək Liqanın ilk turunda növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, UNEC Voleybol Klubunun idman zalında baş tutan qarşılaşmada UNEC və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər. Gərgin keçən oyunda qalib tay-brekdə müəyyənləşib.
Həlledici setdə üstün olan meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər.

