Qadını zorlayaraq öldürüb basdırdılar 12 il əvvəl Rusiyada törədilən cinayətin məhkəməsi başlayıb
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
12 il əvvəl Rusiyada zorlama və qətl törətməkdə təqsirləndirilən Seymur Məmişov və Elşən Xuduyevin cinayət işi üzrə məhkəməsi başlayıb
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirildikdən sonra onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi elan edilib.
Daha sonra dövlət ittihamçısı Eldar Həmzə təqsirləndirilənlərə ittiham aktını elan edib.
Onlar ittihamla özlərini qismən təqsirli biliblər.
Növbəti proses dekabrın 17-də keçiriləcək.
Qeyd edək ki,hadisə 2013-cü il iyunun 25-də Rusiyanın Tatarıstan respublikası ərazisində baş verib.Azərbaycan vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq araşdırmaları ilə müəyyən edilib ki,təqsirləndirilən şəxslər Azaliya Aslanovanı qətlə yetirməmiş ona qarşı cinsi zorakılıq tətbiq edərək onu zorllayıblar.Onlar qadını qətlə yetirdikdən sonra törətdikləri cinayətin izini itirmək məqsədi ilə meyiti əvvəlcədən qazdıqları quyuda basdırıblar.
Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov və E.Xuduyev Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 26 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















